Maraqlı

Kimyəvi silah qorxusu qalmayacaq - Qoruyucu parça hazırlanıb

14 İyul 2017 21:54
1 Şərh     Baxış: 667

Kimyəvi silah kütləvi qırğın silahlarından uğurlu qoruyucu vasitə icad edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.

Xüsusi qoruyucu parça katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət xüsusi metalorqanik birləşmələr (metal-organic frameworks, MOF) əsasında hazırlanıb.

Bu strukturlar kimyəvi silahların tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə parçalamaq və zərərsizləşdirmək bacarığına malikdir. Tozvari metalorqanik strukturlar əleyhqazların filtrları kimi də bəzi növ qazları udmaq qabiliyyətindədir. Sözügedən parça zəhərli maddəni 5 dəqiqə ərzində tamamilə neytrallaşdırır.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sosyal Müsülüman · 14 İyul 22:5710

    Hamıya paylayacaqlar?))) Yoxsa nazir,deptatlara?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.