Maraqlı

Yeni mobil klinika süni intellektlə idarə olunur

14 İyul 2017 23:39
0 Şərh     Baxış: 461

Yüksək texnologiyalar həyatımızı daha asan, daha yaxşı və daha təhlükəsiz etmək üçün nəzərdə tutulub. Tibb sahəsindəki həllər, həmçinin bu amala xidmət edir. Məsələn, "Artefact Group" şirkəti bu yaxınlarda yaxın gələcəyin tibbi texnologiyaları ilə bağlı kifayət qədər maraqlı yenilik nümayiş etdirib. Süni intellekt tərəfindən idarə edilən mobil klinika yalnız sağlamlıq vəziyyətinin diaqnostikası üçün innovativ datçik və sensorları deyil, həm də sürücüsüz hərəkət edən avtomobillərin əsasını təşkil edən qabaqcıl texnologiyanı özündə birləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mobil klinika pasiyentin sağlamlığı haqda məlumatları müxtəlif mənbələrdən əldə etmək qabiliyyətinə malikdir. Qolbaq, treker, "ağıllı" tərəzi, dərman qutuları kimi "ağıllı" daşınan elektronika mənbə rolunu oynaya bilər. Lazımi əlavə prosedurlar birbaşa "səyyar kabinetdə" keçirilə bilər: termoqrafiya, nəfəs və ürək ritminin yoxlanılması, ağciyərlərin tədqiqi və təzyiqin ölçülməsi.

Diaqnostik müayinəni aparmış və məlumatları təhlil etmiş sistem sağlamlıq vəziyyəti haqqında qərar çıxara, sonrakı müayinə üçün lazımi mütəxəssisin qəbulunu yaza, resept tərtib edə və hətta yerində zəruri dərman preparatlarını verə bilər. Bundan başqa, sağlamlıqla bağlı ciddi problemlər olduğu halda mobil klinika pasiyenti növbətçi həkimlə əlaqələndirə və ya xəstəni yaxınlıqdakı tibb müəssisəsinə çatdıra bilər.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.