Maraqlı

"Google" proqramının sizi necə izlədiyini bilirsiniz?

14 İyul 2017 20:10
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündən-günə inkişaf edən texnologiya sahəsi hər nə qədər həyatımızı asanlaşdırsa da, azadlığımızı da bir o qədər məhdudlaşdırır. Belə ki, nəhəng texnologiya şirkəti "Google" insanların atdığı hər addımı izləyir.

Milli.Az xəbər verir ki, şirkət bunu ağıllı telefonlarda yüklənən mobil proqram vasitəsilə edir.

"Google" şirkəti "İOS" və "Android" tipli cihazlardakı proqramla atılan hər addımı izləyir və bunu qeyd formasında saxlayır.

Şirkətin xəritə xidməti olan "Google Maps" proqramına elektron ünvanınızla daxil olduqda son zamanlarda getdiyiniz bütün məkanlar qırmızı işarələrlə xəritədə göstərilir.

Lakin şirkət bu qeydlərin sadəcə istifadəçilər tərəfindən görülə biləcəyini özəlliklə vurğulayır. Yalnız elektron hesabınızın şifrəsinin başqa birinin əlinə keçməsi durumunda getdiyiniz yerlərin bilgilərini başqa bir şəxs görə bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.