Maraqlı

Meyvə-tərəvəzin keyfiyyətini bu cür yoxlayın - YOLLARI

14 İyul 2017 19:27
1 Şərh     Baxış: 813

Meyvə-tərəvəz seçərkən təzə və keyfiyyətli olmasını anlamaq çoxları üçün çətindir. Buna görə də sonradan keyfiyyətsiz və çürük meyvə-tərəvəz aldıqları üçün şikayət edirlər. Milli.Az ailem.az-a istinadən tərəvəz və meyvələrin keyfiyyətli olub-olmadığını anlamağın bir neçə yolu ilə sizi tanış edir.

Ərik
 
Ərik seçərkən ləkəsiz, eyni rəngdə olmasına diqqət edin. Əzik olmasın. Bunlarla yanaşı, qaysının səthi tamamilə quru və forması zədələnməmiş olmalıdır.
 
Badımcan
 
Badımcanın qabığı sərt olanların əvəzinə yüngül elastik olanları seçin. Üzərində azca çatlar və ağ ləkələr olan badımcanları almayın. Eyni zamanda, badımcanın saplağı qəhvəyi deyil, yaşıl olmalıdır.
 
Yemiş
 
Yetişmiş yemiş dolu səs çıxarmalıdır. Bununla yanaşı, qovunun qabığı nahamar və kobud olmalıdır.
 
Balqabaq
 
Balqabaq bir rəngli olmalıdır. Badımcan kimi üzərində müxtəlif rəng çalarları olan balqabaqdan uzaq durun. Eyni zamanda, uzunluğu 20 sm-dən çox olmamalıdır.
 
Limon
 
Limon seçərkən bir rəngli və parlaq olmasına diqqət edin. Bununla yanaşı, hər zaman ağır olanları seçin. Çünki onlar daha sulu olurlar.
 
Gavalı
 
Gavalı seçərkən üzərində ağ un səpilmiş kimi görüntüsü olanları seçin. Bu, onların ağacdan yeni dərildiyini göstərir.
 
Xiyar
 
Xiyar nazik qabıqlı və yaşıl olmalıdır. Xiyarın təzəliyini göstərən ən əhəmiyyətli faktor saplaqlarının hələ qopmamış və sarı olmasıdır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    niko · 14 İyul 21:0320

    doqurdan da bekarciliqdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.