Maraqlı

Bakıya gələn ərəb turist: "Soydaşlarımın bəzi hərəkətlərindən utanıram" - FOTO

14 İyul 2017 10:31
0 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti yay günlərində paytaxt sakinləri istirahət üçün xarici ölkələrə üz tutduğu vaxt Xəzərin sahilində dincəlməyi üstün tutan əcnəbilər də var. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, onların arasında ərəblər üstünlük təşkil edir. Ərəblərin Bakıya axını daha çox son iki ildə müşahidə olunur. Sözsüz ki, bu məsələdə ardıcıl iki ildir paytaxtımızda keçirilən F1 yarışları və bu il baş tutmuş 4-cü İslam Həmrəyliyi Oyunları da təsirsiz ötüşmədi. 

Ərəb turistlər şəhərimizə adətən böyük ailələri ilə gəlir. İstirahət müddətləri də adətən bir neçə gün yox, aylarla çəkir. Daha çox Küveyt, Səudiyyə Ərəbistanı, Qətərdən gələn bu turistlər bahalı hotellərə üstünlük verir və şəhərin ən prestijli restoranlarından mağazalarından yararlanırlar. 

Bütün bunlar turizm sektorunun inkişafı baxımından olduqca müsbət haldır. Amma yerli sakinlər arasında ərəblərə münasibət birmənalı deyil. Onları müsəlman qardaşlarımız kimi başı üzərində tutanlar da var, əksinə, mədəniyyətsiz, səliqəsiz hesab edənlər də.

Həmsöhbət olduğumuz Səid adlı Misir Ərəb Respublikasının vətəndaşı olan turist 10 gündür Bakıda olduğunu, bir neçə gündən sonra ailəsi ilə birlikdə Qəbələyə yola düşəcəyini bildirdi. O, paytaxtımızı çox bəyəndiyini, buradakı hər şeydən zövq aldığını xüsusi qeyd etdi. Yerli sakinlərin münasibətinə gəlincə, heç bir narazılığının olmadığını deyən Səid bəzən öz soydaşlarının bəzi hərəkətlərindən utandığını gizlətmədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.