Maraqlı

Tramp nahar etdi, Eyfel qülləsi qapadıldı - VİDEO - FOTO

14 İyul 2017 11:10
1 Şərh     Baxış: 2 136

ABŞ prezidenti Donald Tramp xanımı Melaniya ilə birlikdə Fransada rəsmi səfərdədir.

Bu il ABŞ-ın Birinci Dünya Müharibəsinə Avropada qatılmasının 100 illiyi tamam olur.

Milli.Az European-a istinadən bildirir ki, Bastiliya Günü münasibətilə hər il keçirilən ənənəvi paradda fransızlarla bahəm, amerikalı hərbçilər də iştirak edəcəklər.

Parad günü Parisdəki Zəfər Tağının üzərindən ABŞ qırıcıları da uçub keçəcəklər.

Fransa prezidenti Emmanuel Makronla Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında siyasi fikir ayrılıqları çox böyükdür. Üstəlik, onların səmimi dost olduqlarını da demək mümkün deyil.

Mayda, NATO-nun qeyri-rəsmi sammitindən əvvəl Makron telekameraların qarşısında Trampı qabaqladı və ABŞ prezidentinə sevimli "əli sıxıb dartmaq" prosedurunu yerinə yetirməyə imkan vermədi. E.Makron D.Trampın əlini tutub elə sıxmışdı ki, ABŞ prezidentinin barmaqları ağarmışdı.

Sammit zamanı isə o, Trampla qucaqlaşmaq istəməmişdi.

D.Tramp ABŞ-ın iqlim dəyişiklikləri ilə bağlı anlaşmanı tərk etdiyini bəyan edəndə isə E.Makron ingilis dilində videomüraciət yayaraq iqlim dəyişiklikləri sahəsində çalışan amerikalı alimləri Fransaya dəvət etmiş, Trampın məşhur şüarını ələ salaraq "Planetimizi yenə də qüdrətli edək!" demişdi.

Dünənsə Emmanuel Makron və Donald Tramp xanımları ilə birlikdə Eyfel qülləsinə yollanaraq orada nahar ediblər.

Melaniya Tramp və Bricit Makron "paltar müsabiqəsi" düzənləyərək kimin daha dəbli, zərif göründüyünü göstərməyə çalışıblar.

Eyfel qülləsinin ikinci mərtəbəsindəki restoranda fəxri qonaqlara Fransanın ən məşhur aşpazlarından sayılan Alen Dyukass qulluq edib.

Nahar zamanı Eyfel qülləsi qapadılıb.

Nahardan sonra dövlət başçıları xanımları ilə birlikdə Parisdəki Əlillər Evinə yollanıblar, Napoleon Bonopartın məzarını ziyarət ediblər.

Bricit Makron və Melaniya Tramp Parisdəki Müqqədəs Məryəm Kilsəsinə baş çəkəndən sonra Sena çayında katerlə gəzintiyə çıxıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tramp nahar etdi, Eyfel qülləsi qapadıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mister · 14 İyul 11:2110

    Sizce bu xanimlar , esasen fransiz xanimlari bele gözel kompleksiz geyinirler . Eziz Xanimlarimiz fikirlesin ?!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.