Maraqlı

Oğurlanmış 3 yaşlı qız tapıldı: o, polisə tərəf qaçdı - VİDEO - FOTO

14 İyul 2017 14:12
0 Şərh     Baxış: 2 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanacaqdoldurma stansiyasında qaçırılan maşında olan 3 yaşlı Amaya Vester saatyarım sonra tarlanın kənarında, meşəliyin yaxınlığında tapılıb.

Polis zabitini görən Amaya ona tərəf qaçmağa başlayıb.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Medlin Vester və onun qeyri-rəsmi nikahda olduğu əri Kanzas-Sitinin Valero səmtindəki yanacaqdoldurma stansiyasılarından birindəki marketə yollanmışdılar. Səhər saatları idi və Amaya da maşının arxa oturacağında uzanıb yatmışdı.

Medlin qızını oyatmadı və marketdə alış-verişdən tez qayıdacağını bildiyindən maşının qapısını açıq qoyub getdi.

O, həm də Amayaya su alacaqdı.

Medlinlə əri marketdə olanda onları kənardan müşahidə edən şəxs çölə çıxıb və qapısı açıq olan maşına oturaraq avtomobili işə salıb, aradan çıxıb.

Amaya maşında idi, yatmışdı.

Medlin Vester və əri marketdən çıxanda maşını görməyiblər. Onlar dərhal polisə zəng vurub olay barədə xəbər veriblər.

Polis axtarışlara başlayıb.

İşə yerli telekanallar da qatılıb.

Oğurlanmış avtomobil təxminən saat yarım sonra Kanzas ştatındakı Levenvort bölgəsində, tarlanın kənarında, meşəliyin yanında tapılıb.

Maşını KHSB telekanalının çəkiliş helikopteri aşkarlayıb.

Az sonra həmin yerə polislər yollanıblar.

Balaca Amaya səs-küyə ayılıb, maşından çıxıb. O, ətrafa baxanda polis avtomobilini görüb və polis zabitinə tərəf qaçmağa başlayıb.

Polis maşını qaçıran şəxsi arayır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğurlanmış 3 yaşlı qız tapıldı: o, polisə tərəf qaçdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.