Maraqlı

Türk yazarla sevgili olan Adriana: "Sən demə, 35 ildir Metini gözləyirəmmiş" - FOTOlar

14 İyul 2017 12:26
0 Şərh     Baxış: 2 259

Əsl adı Adriana Franseska Lima olan, 1982-ci ildə Braziliyada, Salvadorda doğulan dünya şöhrətli model Adirana Lima türkiyəli yazıçı Metin Hara ilə münasibət yaşayır.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, modelin yazıçı ilə münasibəti "reklam üçündür" dedi-qodularına səbəb olsa da, Adriana bu şayiələrə son qoyub. O, Metin ilə xoşbəxt olduğunu dilə gətirib. Model açıqlama verərək deyib:

"Sən demə, 35 ildir Metini gözləyirəmmiş. Əl-ələ tutub yeni həyatımızı yaşayacağıq". 

Qeyd edək ki,  Adriana 15 yaşında "Ford" şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxıb. 

O, 2009-cu il iyun ayında 2007-ci ildə tanış olduğu serbiyalı basketbolçu Marko Yariç ilə ailə həyatı qurub. 2009-cu il noyabr ayının 15-də onların birinci qızı dünyaya gəlib və adını Valentina Lima Yariç qoyublar. 2012-ci il sentyabrın 12-də cütlüyün ikinci qızı, Sienna dünyaya gəlib. Cütlük 2016-cı ildə rəsmən boşanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.