Maraqlı

Neft erası bitir? - Yosundan benzin hazırladılar

13 İyul 2017 22:14
0 Şərh     Baxış: 3 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Dövlət Universiteti, Moskva Fizika-Texnika İnstitutu və Rusiya Elmlər Akademiyasının institutlarından olan birləşmiş ekspertlər qrupu yanacağın alternativ növlərinin hazırlanması sahəsində ciddi irəliləyişə nail olublar.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədqiqatlar nəticəsində yosunlardan alınan bioyanacağın dəqiq kimyəvi tərkibi öyrənilib.

Yer təkində neftin əmələ gəlmə prosesini imitasiya edən alimlər yosunları 300 Selsi dərəcəyə qədər qızdırıb, onları yüksək təzyiq altında sıxıblar. Prosesin sonunda biokütlə qatı qətran və maye yanacağa parçalanıb. Bu elementlərin tərkibinə çoxsaylı maddələr daxil olduğundan alimlər biokütlənin dəqiq tərkibini tapmaq və bioyanacağın xassələrini yaxşılaşdırmaq üçün istehsal prosesini dəyişməkdə çətinlik çəkirdi.

Alınmış yanacağın kimyəvi tərkibini bütövlükdə müəyyənləşdirən mütəxəssislər bioyanacağın əksər maddələrinin neftin tərkibinə daxil olan karbohidrogenlərlə heç bir əlaqəsi olmadığını aşkar ediblər. Bu elementlərin gələcək tədqiqi bioyanacağın hazırlanmasında istifadə oluna bilinəcək yosun növlərini və onların karbohidrogenlərdən ibarət adi yanacağa çevirmək üçün modifikasiya üsullarını müəyyənləşdirməyə imkan verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.