Maraqlı

İngiltərə küçələrində tülkülər gəzirdi, indi də qabanlar gəlib

13 İyul 2017 19:36
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis İngiltərənin Gloucester şəhərinin mərkəzində gecə vaxtı gəzən vəhşi çöldonuzunun təhlükəsizlik kamerası tərəfindən çəkilmiş videosunu yayınlayıb.

Xəbər verilir ki, ilk dəfə ötən çəşənbə axşamı gecə görünən heyvanı hələki tutmaq mümkün olmayıb.

Yerli polisin Twitter hesabına qoyulmuş fotonun altında belə bir sorğu var idi: "Siz donuzunuzu itirməməsiniz ki? İtirmisinizsə o dünən gecə şəhər mərkəzində cövlan edirdi".

Milli.Az BBC-yə istinadən bildirir ki, lakin yerli sakinlər çox tezliklə bu sorğuya cavab olaraq bildiriblər ki, şəkildəki vəhşi çöldonuzudur və şəhər mərkəzinə yaxınlıqdakı meşədən gəlmiş ola bilər.

Yerlilərdən biri - Ian Hatton Facebook-da yazıb: "Bu donuz deyil, çöldonuzudur. Vəhşi heyvandır. Belə heyvanın şəhər mərkəzinə gəlməsi vahiməlidir".

Jaclyn Davis isə bidirib: "Hər nədirsə, dörd ayağı və bir ağzı var. Rahatca qolumuzu qopara bilər".

Başqa bir yerli - Hannah Davenport isə yazıb: "Bu vəhşi çöldonuzudur və şəhər mərkəzinə Qlostaşir meşəsindən gəlib. Onlara yaxın getməyin, qorxuludur, sizi parçalaya bilər".

Bundan əvvəl qabanın bir növü olan çöldonuzlarını İngiltərənin Dean meşəsində müşahidə etmişdilər. Onların adamlara, itlərə və hətta avtomobillərə hücumları qeydə alınıb.

Qonşuluqdakı Yorkley, Lydney, Coleford  Alvington şəhərlərinin sakinləri ətraf meşələrdə çöldonuzlarının kəskin artmasından narahatdırlar.

Verilən məlumata görə, son üç ildə çöldonuzlarının sayı üç dəfə artaraq 1562 başa çatıb.

Meşəçilik Komitəsi çöldonuzu sayının 400-dən çox olmamasına çalışır.

"The Telegraph" yazır ki, əvvəllər çöldonuzları meşəliyə yaxın kəndlərə gəlib çıxırdılar, lakin onların şəhər mərkəzində gəzməsi ilk belə hadisədir.

Yerli media xəbər verir ki, London da daxil, İngiltərə şəhərlərinin küçələrində tülkülərlə tez-tez rastlaşmaq mümkündür. İndi belə görünür ki, şəhər faunasına daha bir vəhşi heyvan əlavə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.