Maraqlı

İlk tibbi yardım göstərən robot yaradılacaq

15 İyul 2017 08:55
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tomsk Kardiologiya Elmi Araşdırmalar İnstitutunun Milli Araşdırmalar Tibb Mərkəzi və Tomsk Politexnik İnstitutunun alimləri həkim-robot yaratmağı planlaşdırırlar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçıların icadına əsasən, unikal robot hərbi əməliyyat yerlərində və fövqəladə hallarda ilk tibbi yardım göstərə biləcək.

Mütəxəssislər bildirirlər ki, bu, kamera-gözləri və əlləri olan maşın olacaq. Onun "beyni" isə insan olacaq ki, o da kənardan robotu idarə edərək ona əmrlər verəcək

Layihə üzərində işlərə artıq start verilib. Ancaq onun nə zaman yekunlaşacağı hələlik məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.