Maraqlı

Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA

15 İyul 2017 08:35
0 Şərh     Baxış: 500

Dünyanın tanınmış "Louis Vuitton" modalar evi möhtəşəm libasları modelləşdirməklə yanaşı, bazara innovativ saat da çıxaracaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq bütün dünya üzrə olan alıcılar "Tambour Horizon" adını daşıyan "ağıllı" saatları əldə edə bilərlər.

"Tambour" seriyasından olan saatlar 15 il əvvəl yaradılıb, ancaq bu il bu istehsal sahəsi möhtəşəm əlavələrlə yadda qalıb. Fransanın modalar evi ilə birgə bu saatları "Google" və "Qualcomm Technology" şirkətləri layihələndiriblər. Cihaz "Android" və iOS əməliyyat sistemləri ilə işləyən cihazlarla əlaqə yarada biləcək. Onun batareyası isə bir gün istifadə üçün hesablanıb.

"Louis Vuitton" şirkətinin baş direktoru Maykl Berkin sözlərinə görə, bu saatların əsas hədəf auditoriyası aktiv istirahət etməyi sevən, həmçinin bütün dünyanı səyahət etməyə can atan gənclərdir: "Məhz bunun üçün cihazda turistin gidlər və uçuşların planlaşdırılması məqsədilə nəzərdə tutulan "My Flight" əlavəsi mövcuddur". Bu möcüzəli texnikanı 2511 dollara əldə etmək mümkündür. Əlavə olaraq 303 dollara kəmər də almaq mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.