Maraqlı

Microsoft PowerPoint-da yeni funksiya var

15 İyul 2017 08:15
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" korporasiyası təqdimatların real vaxt rejimində tərcüməsini təmin edən "Presentation Translator" proqramını istifadəyə verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Presentation Translator" mayda "Microsoft Build 2017" konfransında nümayiş olunub və "PowerPoint" proqramı üçün əlavədir. Əlavə yükləndikdən sonra "PowerPoint" təqdimatları bir dildən digərinə və əksinə, avtomatik tərcümə etməyə başlayır.  
 
Məruzəçi təqdimatlarda subtitrlərin daha aydın görünməsi üçün onları həm istifadə olunan dildə, həm də dünyanın 60 dilinə tərcümədə avtomatik əlavə edə bilər. Təqdimat dinləyiciləri "Microsoft Translator" vasitəsilə subtitrləri qurğularda seçilmiş dillərdə oxuya və ya slaydları tərcümə edərək onların formatını saxlaya biləcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.