Maraqlı

Çində süni intellekt şəhərciyi yaradılıb

15 İyul 2017 08:21
0 Şərh     Baxış: 377

Çinin Xançjou şəhərində süni intellekt texnologiyalarının inkişafı sahəsində son nailiyyətlərin təmsil olunduğu şəhərcik istifadəyə verilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ən böyük sərgilərdən hesab edilən şəhərcikdə 15 platformalı 90 müxtəlif layihə təmsil olunub. İştirakçılar yemək hazırlayan, rəqs edən və danışan robotlar, eləcə də oyun platformaları və tədqiqat aparatları görmək imkanı əldə edəcəklər.
 
Layihə nümayəndələrinin sözlərinə görə, bu, tədqiqatlar üçün yaxşı bazadır və sərfəli maliyyə aktividir. Həmçinin, şəhərcik gənc istedadların yeni layihələrə cəlb edilməsi üçün yerə çevriləcək.
 
Qeyd edək ki, Xançjou Çinin informasiya texnologiyaları (IT) və süni intellekt texnologiyaları (AI) sahəsində ən qabaqcıl şəhərlərindən hesab olunur. Şəhərdə internet ticarəti və yüksək texnologiyalarla məşğul olan çoxlu şirkətlərin ofisləri yerləşir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.