Maraqlı

Planşet satışları azalır

15 İyul 2017 08:11
0 Şərh     Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"DigiTimes" analitik şirkətinin məlumatına görə, 2017-ci ilin ikinci yarısında qlobal planşetlər bazarında tələbat azalmağa davam edəcək və cihazların tədarükü aşağı düşəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mənfi nəticələri azaltmağa çalışan bir neçə şirkət iyul-dekabrda çox yüksək təsvir ölçülü ekrana malik, aşağı enerji sərfiyyatlı və mobil internet dəstəkli yüksəksəviyyəli modellər çıxarmağı planlaşdırırlar. İstehsalçıların fikrincə, bu kimi xüsusiyyətlər alıcıları cəlb edəcək.
 
Eyni zamanda "IDC" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin birinci rübündə çıxarılıb taxılan ekrana malik hibrid modellər daxil olmaqla planşetlərin qlobal tədarük həcmi illik hesablamada 8,5% azalaraq 36,2 milyon təşkil edib. Planşet sahəsində azalma artıq on rüb ardıcıl baş verir.
 
"Gartner"in analitikləri hesab edirlər ki, cari ildə "Apple iPad" və "iPad mini", "Samsung Galaxy Tab S2", "Amazon Fire HD", "Lenovo Yoga Tab 3", "Acer Iconia One" kimi ənənəvi və hibrid planşet kompüterlərin tədarük həcmi 160 milyonadək azalacaq (2016-cı ildə bu göstərici 169 milyon olub). Növbəti iki ildə də neqativ dinamika davam edəcək: planşetlərin tədarükü 159 və 158 milyonadək azalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.