Maraqlı

Xəstəliyi aşkarlayan alqoritm yaradılıb

15 İyul 2017 07:41
1 Şərh     Baxış: 435

Aritmiya tibdə çox mübahisəli hal sayılır, çünki onun bəzi növləri, demək olar ki, zərərsizdir: ürək ritminin pozulmasından əziyyət çəkən bir çox insanlar uzun illər yaşaya bilərlər, halbuki bu patologiyanın başqa növləri ciddi təhlükədir və hətta ölümə səbəb ola bilər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, buna görə müasir və dəqiq diaqnoz indiki halda son dərəcə mühümdür. Stenford Universitetinin alimlərdən ibarət komandası aritmiyanın diaqnozu üçün effektiv üsul ixtira edib. Belə ki, alimlər aritmiyanın 14 tipini aşkar edən neyron şəbəkəsinə əsaslanan alqoritm yaradıblar. Testlərin nəticələrinə əsasən, demək olar ki, yeni alqoritmin işi peşəkar kardioloqlardan geri qalmır.
 
Alimlər süni intellekti öyrətmək üçün ürək çatışmazlığının monitorinqi üçün cihazların yaradılması ilə məşğul olan "iRhythm" şirkəti tərəfindən təqdim edilmiş verilənlər bazasından istifadə ediblər. Məlumata görə, bu məlumatlar real diaqnostik prosedurlar zamanı toplanılıb. Elektrokardioqrafiya aritmiyanın mövcudluğunu həmişə düzgün göstərmədiyinə görə, Qərbdə həkimlər pasiyentin nəbzini fasiləsiz 2 həftə izləməyə imkan verən daşınan elektrokardioqrafik qurğulardan istifadə edirlər. Britaniyalı alimlər bu məlumatlardan istifadə ediblər.
 
Onların sözlərinə görə, neyron şəbəkəsinin öyrədilməsinə 7 ay vaxt sərf edilib. Nəticədə süni intellekt elektrokardioqrafiyanın nəticələrinə görə aritmiyanın 14 tipini aşkar etməyi öyrənib.
 
Testlərin nəticələrinə görə, məlum olub ki, alqoritmin işi kardioloqlardan geri qalmır. Bundan başqa, alqoritm bəzi hallarda aritmiyanın iki oxşar tipini yüksək dəqiqliklə bir-birindən ayırıb: onlardan biri həyat üçün təhlükəlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ELMIRA · 15 İyul 08:2110

    gоresen bu aparaт neceу оlacax,ehmedlide lsa baтdix,38№ paliklinikada qulax prоbkasini hekim 30 manaтa уuуur,rengen plоnkanin pulunu 5 -10 manaтdan alir,uziуe dusmek оlmur,gоndermirler, ceraxa hecne demirsen ele bil herasa elesir,gah karтa iтir,karтaуa hecne уazilmirbezi hekimler can hecnede bilmirler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.