Maraqlı

Facebook Messenger yenilənəcək

15 İyul 2017 07:22
0 Şərh     Baxış: 383

"Facebook" messencerinin tərtibatçıları tezliklə proqramda kommersiya elanlarının yerləşdirilməsi funksiyasının istifadəyə veriləcəyini açıqlayıblar. Bu barədə servisin rəsmi bloqunda deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, reklam messencerin dialoqlar arasında əsas tab-vərəqəsində yerləşəcək. İstifadəçilər düyməni elanın üzərinə basmaqla dərhal şirkətin saytına keçə və ya nümayəndə ilə söhbətə başlaya biləcəklər.
 
Məlumata görə, reklam parametrləri smartfon ekranının ölçüsündən, eləcə də saxlanılan dialoqların sayından asılı olacaq. Elanların yönləndirilməsi sistemi istifadəçi yazışmalarının məzmununu nəzərə almayacaq.
 
Reklamçıların yeni alətdən iyulun sonunadək yararlana biləcəkləri gözlənilir. Bununla yanaşı, funksiya dünyanın müxtəlif regionlarında tədricən istifadəyə veriləcək.
 
Xatırladaq ki, "Facebook Messenger"də reklamın sınaqlarına 2017-ci ilin yanvarın sonunda başlanılıb. İlkin mərhələdə alətdən Avstraliya və Tailand istifadəçiləri yararlanmaq imkanı əldə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.