Maraqlı

Əl barmağının yerinə ayaq barmağını tikdilər - FOTO

13 İyul 2017 18:32
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada əl baş barmağı bir buğa tərəfindən qoparılan 20 yaşlı Zac Mişelin əli qeyr-adi üsulla bərpa edilib.

Milli.Az xəbər verir ki, həkimlər qopan barmağın yerinə ayaq baş barmağını tikiblər.

Zac Mişeli işlədiyi fermada bir buğa buynuzları ilə divara sıxışdırıb və ona müqavimət göstərən gənci əlindən yaralayıb.

Yaralı gənc əl baş barmağının yerinə tikilməsi üçün iki dəfə əməliyyat keçirib. Lakin əməliyyatlar uğursuz alınıb. Daha sonra həkimlər yeni metodla onun əlini bərpa etməyi təklif ediblər.

Z.Mişel əvvəl bu əməliyyata razı olmasa da, həkimlər onun baş barmağı olmadan çox çətinliklər yaşayacağını deyib və əməliyyat üçün razı salıblar. Beləliklə, Zacın ayaq baş barmağını 8 saatlıq əməliyyat keçirməklə əlinə tikiblər.

Hazırda ambulator müalicə alan gənc həm yeriməsinin, həm də əlinin yaxşı vəziyyətdə olduğunu deyib./publika.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.