Maraqlı

Heyrətlə baxacağınız 10 gizli EV - FOTO

17 İyul 2017 23:57
1 Şərh     Baxış: 2 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən insan hər kəsdən, hər şeydən uzaqlaşıb, tək dincəlmək arzusunda olur. Dənizin dalğaları, yarpaqların xışıltısından savayı səs eşitmək istəmir.

Milli.Az dünyanın ən gizli nöqtələrində tikilmiş sənət əsərlərinin siyahısını təqdim edir. Bu şəkillərə baxıb, heyrətlənməmək mümkün deyil.

Yeraltı ev - ABŞ Texas

Yedən 2 metr dərinlikdə tikilmiş bu ev, insanda yeraltı sığınacaq təəssüratı oyadır. Buna baxmayaraq evdə və bağçasında rahatlığı təmin edəcək hər şey var.

Şam ağacları arasında gizlənmiş Bunqalo - Kanada, Britaniya Kolumbiyası

Qeyri-adi ölçüləri və damı üzərindəki yaşıl yosunlar sayəsində, bu gözəl ev landşaftla ahəng təşkil edir və ilk baxışdan onu ağacların arasından sezmək olmur.

Ticarət kompleksinin damındakı evlər - Çin Hunan

Hunan şəhərinin əhalisi 4 milyon nəfərdir. Odur ki, ev tikmək üçün torpaq sahələri kifayət etmir. Nəhəng binaların damları bu məqsədlər üçün əlverişli məkan sayılır.

Kanyonda ferma - ABŞ Yuta

Bu ev 1986-cı ildə sakit həyat tərzinə üstünlük verən ailə tərəfindən tikilib. Otaqların hər birində özünəməxsus harmoniya və rahatlıq hökm sürür.

Vals villası - İsveçrə Vals

Bu ərazilərdə aylıq kirayə haqqı çox yüksəkdir. Yəni, tikilən hər yeni mərtəbə üçün daha çox ödəniş etmək lazım gəlir. Odur ki, yerli memarlar zirzəmi xarakterli geniş ev layihələri üzərində işləyib, belə rahat evlər tikirlər.

Uçurumda ev - Çili Kokimbo

Sualtı gəmiyə bənzəyən bu ev, ikimərtəbəlidir. Birinci mərtəbə yerin altında tikilib.

Göl kənarında şale (kotec) - Norveç Hordalan

Bu ərazidə ev layihələri hazırlayan memarlar, işin öhtəsindən gəlirlər. Ərazidə belə maraqlı layihələr çoxdur.

Səhrada Oazis - ABŞ Kaliforniya

Kənardan nəhəng ağac yarpaqlarını xatırladan bu ev Kaliforniya səhrasında yerləşir.

"Şüşə kub" oteli - İsveç Laplandiya

Bu binanın xarici divarları infraqırmızı şüşə qatı ilə örtülüb ki, quşlar onun sədd olduğunu anlasınlar.

Qayalıqda Penthaus - Livan Beyrut

Qayalıqlar içində tikilcək bu möhtəşəm layihənin reallaşmasına əvvəllər heç kim inanmırdı. İstedadlı memarlar, bu işin də öhtəsindən şərəflə gəliblər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.