Maraqlı

Hamiləlikdə çoxlu banan yeyən qadınların övladının cinsiyyəti... - FOTO

17 İyul 2017 23:09
8 Şərh     Baxış: 16 475

Üç oğul anası olan amerikalı Bronvin Bredi qız övladı istədiyi üçün dördüncü hamələlikdə qidalanmasını dəyişdirib.

Milli.Az xəbər verir ki, körpənin cinsini müəyyənləşdirmək üçün müxtəlif üsullar tətbiq olunur. Bununla bağlı çoxlu sayda batil inanclar da var. Amerikalı gənc ana isə körpənin qız olması üçün çox maraqlı bir üsul yoxlayıb. O, hamiləliyi ərzində menyusunu dəyişdirərək 9 ay boyu pomidor, kartof və banandan imtina eidb.

32 yaşlı Bronvin bununla öz arzusuna çatdığını iddia edib:

"Araşdırma apardıqdan sonra insanların oğlu olması üçün yedikləri nə varsa, onların hamısını yediyimin fərqinə vardım. Çoxlu qırmızı ət yeyir, enerji verən və dəmir miqdarı yüksək yeməklərdən ibarət pəhriz saxlayırdım".

Qadının sözlərinə görə, araşdırmaları göstərib ki, çoxlu banan, kartof kimi məhsullar yeyən qadınların adətən oğlu olur. Çünki bu qidalardakı kaliumun uşağın oğlan olmasına təkan verən mineral sayılır. Bu faktı öyrəndikdən sonra qadın qırmızı ət, banan, kartof və pomidordan imtina edərək, onları süd və qaragilə şirəsi ilə əvəzləyib.

Gənc ananın araşdırmasına görə "Hər şeydən az ye" pəhrizi dünyaya qız övladı gətirməyin ən təsirli yoludur:

"Tarixdə aclıq çəkən və ya müharibə dövründə qadınların daha çox qız uşağı sahibi olmasının səbəbi də budur. Tarixən daha çox və daha keyfiyyətli qidalanan qadınlar isə əsasən dünyaya oğul övladı gətirir".

Xatırladaq ki, 2008 ildə aparılan araşdırmanın nəticələrinə görə, banan yeyən qadınların oğlu olmasının ehtimalı çox yüksəkdir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Ülviyye · 17 İyul 23:5050

    Banan reklamı

    Cavab yaz
  • Anonim
    Ülviyye · 17 İyul 23:5060

    banan reklamı

    Cavab yaz
  • Anonim
    bos sohbetdi · 18 İyul 00:0340

    NE MELIKMEMMED NAGILI DANISIB E.

    Cavab yaz
  • Anonim
    M.M · 18 İyul 00:2160

    Dölün ki fundamenti qoyuldu ondan sonra nə yeyirsən ye, fərqi nədir? Hamiləlik dövründə dölün cinsiyyətinin bananla dəyişilə biləcəyi fikri absurddur.

    Cavab yaz
  • Anonim
    te · 18 İyul 01:0850

    Bilinirki meqaleni yazan hele de usagi "i leylekler getirir" nsglina inanir.

    Cavab yaz
    • Anonim
      sena · 18 İyul 10:0010

      Yeqin oncun menim oglum oldu banan cox yediyimcun)))

      Cavab yaz
  • Anonim
    Mən · 18 İyul 06:5930

    Gülməlidi..deməli varlının oglu olur,kasıbın qızı.

    Cavab yaz
  • Anonim
    masma xala · 18 İyul 13:3710

    man 11 0gul anasiyam. hamiwa hamila olanda xiyar yemiwam .))))))))))))))))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.