Maraqlı

Dünyanın ən bahalı böcəyi - ŞƏKİL ÇƏKİR

17 İyul 2017 23:31
2 Şərh     Baxış: 1 149

Yaponiyanın Naqano şəhərində rəsm çəkə bilən böcək görənləri təəccüb içində qoyub.

Milli.Az xəbər verir ki, Spayk adlı böcək maral buynuzuna bənzəyən qısqacları ilə qələmləri tutaraq şəkil çəkir.

Böcəyin sahibi Mandi Bryant Spaykı "şirin və maraqlı" adlandıraraq onun çox özəl bir həşərat olduğunu deyib.

Dostlarına maraqlı fotolar göndərmək üçün böcəyinə qələm verib şəkil çəkdirən Mandi bir müddət sonra özü də böcəyinin çəkdiyi miniatür rəsmlərə baxaraq təəccübləndiyini deyib.

Spaykın çəkdiyi rəsmləri 130 dollardan başlayan qiymətlərlə auksiona qoymağa qərar verən Mandi əldə etdiyi gəlirin bir hissəsini mərkəzi İngiltərədə yerləşən maral böcəklərini mühafizə komandasına bağışlayacağını bildirib.
Qeyd edək ki, dünyada olduqca bahalı və dəyərli böcək kimi tanınan maral böcəkləri bütün böcəklərin kralı hesab edilir. 15-20 sm uzunluğunda bir maral böcəyinin qiyməti 100 000 dollara qədər yüksəlir. (publika.az)

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    kj · 17 İyul 23:5010

    Kul o sekilin basina ki onu bocey cekicey

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 18 İyul 07:2700

    Bundan o qədər tutmuşam kiii Balaca qız olanda .Kəndimizdə ..Axşam düşən kimi havada uçuşurdular ,biz də əlimizlə vurub salırdıq yerə oynayırdıq onlarla .Belə qiyməti olduğunu bilmirdim)))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.