Maraqlı

Dərinin parıldaması üçün bunları edin

17 İyul 2017 23:43
0 Şərh     Baxış: 2 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış vizajistlərin və gözəllik blogerlərinin təbliğ etdiyi parıldayan dəri təkcə dəbli tendensiya deyil, həm də sağlamlıq göstəricisidir. Dərinin il boyu haylayter olmadan parıldaması üçün ekspertlər bir neçə məsləhət verib.

Milli.Az onların məsləhətlərini təqdim edir.

Fırçaları yuyun

Araşdırnalar göstərir ki, qadınların 72% -i zaman-zaman fırça və makiyaj üçün digər ləvazimatları yuyub təmizləməyi unudur. Makiyaj ləvazimatlarında toplanmış bakteriyalar və tozlar dəri rənginin solğun görünməsinə, qızarmasına, qabıq verməsinə və sızanaq çıxmasına səbəb olur. Heç olmasa həftədə bir dəfə şampun və ya xüsusi vasitələrin köməyi ilə fırçaları təmizləyin,. Əlbəttə ki, dəriniz sizin üçün dəyərlidirsə...

Qoz-fındıq çox yeyin

Dərinin vəziyyəti necə qidalandığımızı əks etdirir. Odur ki, rasiona fikir verin, gündəlik menyuya braziliya, yunan və ya badam qozu əlavə edin. Onların tərkibi dəri elastikliyini saxlamaq və keyfiyyətini yaxşılaşdırmaq üçün lazım olan faydalı yağlarla zəngindir. Həmişə yadda saxlayın ki, dəri qoz-fındıq kimi çəzərləri sevir və bu, onun ən çox xoşladığı "məhsuldur".

Telefonu bakteriyalardan təmizləyin

Stenford universitetinin araşdırmalarına görə smartfon üzərində bakteriya və mikroorqanizmlər daha çoxdur, nəinki ictimai tualetdə. Ən acınacaqlısı odur ki, bu bakteriyalar hər gün dəfələrlə sifətimizdə toplanır, nəticədə isə sızanaqların yaranmasına və dəri qıcıqlanmasına gətirib çıxarır. Heç olmasa gündə bir dəfə antibakterial salfetlərlə telefonu təmizləməyi unutmayın.

Tez yatmağı artıq öyrənin

Yuxusuzluq və rejimin olmaması ilk növbədə xarici görünüşdə əks olunur. Və bunun da öz səbəbləri var. Yuxuya gedəndə dəri hüceyrələri fəal işləməyə başlayır, krem və zərdabların köməyi ilə onun strukturunu bərpa edin. Gecələr smartfon istifadəsi və ya televizor kimi yuxunun keyfiyyətinin yayındıran amillər üzündən bu prosesin nəticəsi xeyli pisləşir.

Dərini mütəmadi olaraq skrabla təmizləyin

Çirkli ölü hüceyrələr dəridə yığıldıqda onun səthində olan məsamələr daha böyük görünür. Bunun qarşısını almaq üçün mütəmadi olaraq kifayət qədər əlverişli pilinq vasitələri istifadə etməyə başlayın. Bir neçə istifadədən sonra dəriniz hamar görkəm alacaq, dəri tonu bərabər olacaq, məsamələr isə güclə nəzərə çarpacaq. Bəzi hallarda salisil turşusu əlavə etmək olar.

Retinol istifadə etməyə başlayın

Çoxillik klinik sınaqlar göstərib ki, retinol yaş dəyişiklikləri ilə səmərəli şəkildə mübarizə aparır, dərinin elastikliyini, parıltısını, sağlam görkəmini qaytarmağa kömək edir. Lakin yadda saxlayın ki, hər yaş üçün xüsusi komponent var, ona görə də retinol tətbiq etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək mütləqdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.