Müğənni Mustafa Ceceli Selin İmerlə nikah bağladıqdan sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlüyün nikahından mətbuatda heç bir foto paylaşılmasa da, müğənni konsertdən şəklini İnstaqram səhifəsində yerləşdirərək Selinə bu sözləri yazıb:
"Ürəyini ürəyimə nəsib edən Rəbbimə... Şükürlər olsun, sevdiyim".
Qeyd edək ki, Mustafa Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra iyulun 10-da Selin İmerlə ailə qurub. Cütlük toy etməmiş, sadəcə nikah bağlamışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində