Maraqlı

Su qaynayanda ətin tərkibindəki zülal və mineral duzlar...

17 İyul 2017 20:41
0 Şərh     Baxış: 1 516

Ət bişirərkən suyun üzərində kəf yaranır, amma heç birimiz onun nədən yaranmasının fərqinə belə varmadan onu yığıb atırıq.

Milli.Az kəf və onun yaranma səbəblərini araşdırıb.

Əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su qaynayanda ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə, həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb, bişirin. Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd rəngli kəf, ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək vacibdir. (publika.az)

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.