Maraqlı

Nasistlərə meydan oxuyan YƏHUDİ QADIN - FOTO

16 İyul 2017 22:03
0 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1300 yəhudi uşağını ölümdən xilas edən Oskar Şindlerin adı hər kəsə məlumdur. Lakin nədənsə öz həyatını təhlükəyə ataraq 2500 yəhudi uşağını nasistlərin əlindən qurtaran qadın haqda bir çox şəxsin məlumatı yoxdur.

Milli.Az xəbər verir ki, 1999-cu ildə İsrailin kütləvi informasiya vasitələri qadın Şindler adını verdikləri İrena Sendler haqda məqalələr dərc etməyə, verilişlər hazırlamağa başlayırlar.

İsrail mediası II Dünya Müharibəsi zamanı 2500 yəhudi uşağını nasistlərin əlindən xilas edən İrenaya "dünyanın xilaskarı" adını verir.

İrena Sendler kim idi

Bu cəsur qadın 1910-cu ildə Polşanın Varşava şəhərində doğulub. İrenenin 7 yaşı tamam olanda atası dünyasını dəyişir. O, sonralar sevimli atasını belə xatırlayırdı: "Atam həkim idi, o, kasıb xəstələri pulsuz müayinə edirdi və hər zaman mənə deyirdi ki, kiminsə suda boğulduğunu görsən, üzməyi bacarmasan belə suya tullanıb, onu xilas et". Yəqin ki, mən onun sayəsində belə mərhəmətli insana çevrilmişəm.

Xilaskar qadın

İrena xilas etdiyi uşaqların taleyini xatırlayarkən bildirirdi ki, onları valideynlərinin əlindən almaq çox çətin idi. Bəzən biz balacaları ailələrindən alıb, təhlükəsiz zirzəmilərə aparırdıq. Ertəsi gün gəlib, görürdük ki, alman ordusu valideynləri qətl edib. İrena uşaqları yəhudi ailələrindən alıb, polşalı ailələrə verir, daha sonra isə uşaq evlərinə və monastırlara yollayırdı.

Cəsur İrena

1943-cü ildə alman ordusuna İrena haqda naməlum bildiriş daxil olur. Xilaskar qadını həbs edib, başına müsibətlər gətirirlər. İrena monastırlara və sığınacaqlara yolladığı uşaqların əsl və sonradan verilmiş adlarını, eləcə də valideynləri haqda məlumarı yazıb, şüşə bankalarda öz bağında torpağa basdırırdı ki, xilas olan valideynlər övladlarına qovuşsunlar.

Alman nasistləri isə bundan xəbər tutmuşdu. Cəsur qadının əl və ayaq sümüklərini qırırlar. Lakin, o yenə öz sirrini açmır.

Yəhudilərər kömək edən şəxslərin cəzası güllələnmə idi. İrenanı cəza zirzəmisinə aparan nəzarətçi ona həbsdən qaçmağa kömək edir. Müharibənin sonunadək xilaskar İrena başqa adla gizlənməyə nail olur.

Xilas olmuş 2500 həyat

Müharibə bitəndən sonra xanım Sendler xilas etdiyi uşaqlar barədə məlumatı yəhudilərin Polşadakı Mərkəzi komitəsinə təqdim edir. Komitə uşaqları valideynlərinə qaytarır və ya uşaq evlərinə yollayırdı. Alman ordusunun əlindən qurtarılmış yəhudi uşaqların sayı 2500 nəfər idi.

"Dünyanın xilaskarı" İrena Sendler 2008-ci ildə dünyasını dəyişib. O, vətəni Polşanın Milli Qəhrəmanı fəxri adına layıq görülüb. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.