Maraqlı

Məşuqələrini evə gətirib həyat yoldaşını alçaldan ALİM - FOTO

17 İyul 2017 07:48
2 Şərh     Baxış: 4 350

Dahilərin sevimli qadınları nəinki onların yaradıcılığının ilham pərisinə, həmçinin ən qəribə və gizli xüsusiyyətlərinin tək şahidinə, qorxunc ehtiraslarının əsirinə çevrilirlər. Buna isə hər qadın tab gətirə bilmir.

Milli.Az dahi alim Albert Eynşteynin hər iki həyat yoldaşının taleyi haqda yazını təqdim edir:

Milyonların zəkasına heyran olduğu elm dühası gündəlik həyatda öz çətin xarakteri ilə ətrafdakıların qəzəbinə səbəb olurdu. Onunla bir damın altında yaşamaq isə güclü iradə və sonsuz səbir tələb edirdi. Albert Eynşteyn iki dəfə ailə qurub. Hər iki xanımı onun ailəsinə qarşı məsuliyyətsizliyindən, mənəvi dəyərləri heçə saymasından şikayətlənirdilər.

Albert birinci həyat yoldaşı ilə tanış olanda cəmi 17 yaşı var idi. Onlar hər ikisi Politexnikumda təhsil alırdılar. Gənc tələbə özündən 4 yaş böyük Milevaya sevgi məktubları yazır, onu bir qadının eşitmək istəyəcəyi ən gözəl sözlərlə tərif edirdi. Eynşteynin ailəsi bu nikahın qəti əleyhinə idi. 1902-ci ildə Albert və Mileva evlənirlər. Lakin onların həyatı haqda bəzi gizli və vacib faktlar XX əsrin sonlarında üzə çıxdı. Məlum oldu ki, gənc cütlüyün toya qədər Lizerlad adlı qızı dünyaya gəlib. Albert Milevanı məcbur edir ki, körpəni övladsızlıqdan əziyyət çəkən qohumlarına versin.

1997-ci ildə Albert Eynşteynin bioqrafiyasından bəhs edən məktublar hərraca çıxarılır. Elə buradan bəlli olur ki, Lizerald onun qızıdır. Bu sənədləri hərraca təqdim edənlər isə Lizeraldın nəvələri idi.

Mileva öz körpəsini övladlığa verib, həyatının ən böyük eşqi saydığı Albertlə ailə qurur. Lakin elə ailə həyatının ilk günündən əri ona şərtlər və qadağalar qoymağa başlayır: "Mənimlə ailə qurduğun üçün qaydalarımla yaşayacaqsan. Birincisi, mənim geyimim və yatağım hər zaman təmiz və səliqəli olacaq. İkincisi, gündə 3 dəfə kabinetimə yemək gətirəcəksən. Üçüncüsü, vacib mövzu olamadıqca mənimlə şəxsi ünsiyyətdən imtina edəcəksən. Dördüncüsü, mən səndən nə vaxt istəsəm, kabinetimi və yatağımızı tərk edəcəksən. Nəhayət, məndən sevgi və romantika gözləməyəcəksən".

Əlacsız Mileva gənc alimin bütün tələblərini qəbul edib, onun qanunları ilə yaşamağa razılıq verir. 1904-cü ildə cütlüyün Hans Albert adlı oğlu dünyaya gəlir. 1910-cu ildə ikinci oğulları Eduard doğulur. Şizofreniyadan əziyyət çəkən Eduard psixiatrik xəstəxanada dünyasını dəyişir. Bundan 4 il sonra Albert arvadını və oğlunu tərk edir. 1919-cu ildə isə Enşteyn ailəsi qanuni şəkildə dağılır. Bu ailənin dağılma prosesi də, qurulduğu kimi qəribə şərtlər əsasında baş verir. Albert ailəsini dağıtmaq istəməyən Milevaya ondan boşanacağı təqdirdə alacağı Nobel mükafatını təqdim edəcəyini bildirir. Alim hələ Nobel mükafatına namizəd deyildi, lakin hər iki tərəf yaxşı bilirdi ki, bu, gec-tez baş verəcək.

Uzun müddət dəlisov ərlə bir evdə yaşayan Milevanın əsəbləri korlanmışdı. O, bir müddət psixiatr yanında müalicə alır. Nəhayət, gözlənilən an yetişir. Albert Eynşteyn Nobel mükafatını alır və 32 min dollar məbləğində mükafatı keçmiş arvadına təqdim edir.

Ayrılığından 3 ay keçməmiş Eynşteyn öz qohumu Elza ilə ailə qurur. Albert Elzanın birinci ərindən olan iki qızını öz himayəsinə götürür. İlk aylar ailədə harmoniya və qarşılıqlı hörmət hökm sürür.

Günlərin bir günü Eynşteyn ailəsinin qonağı olan Çarli Çaplin yazırdı: "Bu kvadrat bədən quruluşlu qadın həyat gücü ilə aşıb-daşır. O, həyatdan nə istədiyini yaxşı bilir. Dahi alimlə bir evdə yaşamaq onun üçün ən böyük səadətdir".

Elza həqiqətən iradəli qadın idi. Əri tərəfindən sevilmədiyini bilsə də, buna göz yumurdu. Albert məşuqələrini Elzadan gizlətmirdi. Hətta çox vaxt onları evinə gətirib, Elzanı bu yollarla alçaldırdı. Maraqlısı odur ki, Elza sevimli ərindən boşanmır və o, dünyasını dəyişənədək evli qalırlar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    S.N · 17 İyul 10:3210

    Bu....Dahi Eynshteyndir....ona her shey olar...."Nisbilik nezeriyyesi"ile dunyani alt-ust eden dahi uchun bu gunahlar bagishlanasidi..

    Cavab yaz
  • Anonim
    Princess · 17 İyul 11:0640

    butun bunlari coxdan oxumusam. A. Eynsteyn barede bir cox melumatlarim var. hemise bir alim kimi savadina ve biliyine sonsuz heyran olmagima baxmayarag, bir insan kimi nifretim de olub Ona garsi. yalniz ozunu dusunen egoist olub.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.