Maraqlı

Uşağınıza erkən yaşda kitab oxumağa başlayın - ARAŞDIRMA

16 İyul 2017 22:38
5 Şərh     Baxış: 1 066

Körpənizin kitabları yalnız dişləmək üçün bir vasitə olaraq gördüyünü düşünürsünüzsə, yanılırsınız. Və siz ağlınıza da gətirməzsiniz ki, uşaqlar həqiqətən də kitablardan bir çox şey öyrənə bilərlər. Milli.Az ailem.az-a istinadən uşaqlara kitab oxumağın faydalarını təqdim edir.

Belə ki, 6 aylıqdan 4 yaşlarına qədər nəzarət olunan 250 ana-uşaq cütü ilə araşdırma aparılıb. Araşdırma çərçivəsində analara həftədə neçə gün uşaqlarıyla səviyyəli şəkildə oxu ilə məşğul olduqları öyrənilib. Səviyyəli oxuma dedikdə isə hekayə oxuyaraq kitabdaki şəkilləri göstərmək nəzərdə tutulur. Araşdırma nəticələrinə görə, erkən oxumağa başlamaq uşaqların oxuma-yazma inkişafını yaxşılaşdırır. Həmçinin bu, yalnız oxumaqla deyil, ana və uşağın qurduğu sağlam və uzun müddətli əlaqə ilə də bağlıdır. Belə uşaqlar həm də danışmağı daha tez öyrənirlər.
 
Pedaqoqlar və mütəxəssislər valideynlərlə olan əlaqələrində tez zamanda oxumanın əhəmiyyətini vurğulayırlar. Çünki uşaqların oxumayla əldə etdikləri tez danışma bacarığı və oxuma-yazmanı öyrənmələri onların akademik göstəricilərini də artırır.

Milli.Az

Şərh yaz:

5 Şərh:

  • Anonim
    MiruMir · 16 İyul 22:4740

    7 ayliq bir qizim var. Arada kitabdan hekaye oxuyuram, diqqetle qulaq asir. Duzdur hec ne anlamir amma cox xoşuna gelir ...

    Cavab yaz
  • Anonim
    Seymur · 16 İyul 22:5140

    Ushaqlara herden bash veren qiymet artiqindan da danishin ki, bizim kimi shok kecirmesinler

    Cavab yaz
  • Anonim
    Musviq · 16 İyul 23:0140

    Allah butun balalari qorusun.Ancaq sekilli kitablar olanda sekillerine baxmagi xosluyur eline qelem alir kitabi yazir

    Cavab yaz
    • Anonim
      asi · 16 İyul 23:2930

      Salam Müşviq bəy.Amin...Kitabları yazırsa, yaxşıdır) Bizdə divar kağızların yazırdı uşaqlar)...Divarda əməlli başlı öyrənmişdilər yazı yazmağı)..

      Cavab yaz
  • Anonim
    anonim · 17 İyul 00:0500

    Allah butun balaları qorusun. Mende oğluma 1 yaşından kitab oxumusam. Nagilar kitabi sekili kitablar indi masalla butu kitabda ne var esyadan tutmus heyvana kimi adlarin bilir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.