Maraqlı

Qədim Romanın tükürpədən ADƏTLƏRİ - FOTO

17 İyul 2017 07:21
0 Şərh     Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi mənbələrdə Qədim Roma haqda məlumat çoxdur. Lakin bu qədim sivilizasiya haqda bilmədiyimiz onlarla fakt var.

Milli.Az Roma haqda bilinməyən ən ağılasığmaz faktları təqdim edir:

Qladiatorların qanını içirdilər

Qədim Romada ölü qladiatorların qanını içirdilər. Onlar hesab edirdilər ki, bu yolla insana həyat gücü gəlir. Bəzi mənbələrə görə, təbiblər döyüşlərdən sonra, qladiatorların cəsədlərindən qan toplayıb, dərman kimi satırdılar. Onlar həmçinin düşünürdülər ki, qladiator qanı epilepsiyanı da, sağaldır.

Ahıl yaşda ölüm

Qədim Romada insanlar çox vaxt cəmi 25 il yaşayırdılar. Gənc qadınlar övlad dünyaya gətirəndə, kişilər isə döyüşlərdə dünyalarını dəyişirdilər. Lakin qocalıq dövrünədək yaşayan romalılar da, az deyildi. Bu ölüm faktlarını nəzərə almasaq, qədim romalılar müasir insan qədər ahıl yaşlarınadək yaşayırdılar.

Çatmaqaş dəbi

Qədim Romada qalın və çatma qaşlar yüksək dünyagörüşün və intellektin göstəricisi idi. Odur ki, dəblə ayaqlaşmaq istəyən Roma qadınları çatmaqaş üçün hər yola əl atır, hətta keçi tükündən özlərinə süni qaş düzəldirdilər.

Stomatologiya

Qədim romalılar öz dişlərinin qeydinə qalır, tez-tez diş həkimlərinə müraciət edirdilər. Hətta arxeloloji qazıntılar zamanı Roma torpaqlarında protez dişli qadının kəllə sümüyü tapılıb.

Zəhər içmək adəti

Eramızın I əsrindən etibarən Romada zəhər içmək dəb halına gəldi. Bir neçə zəhərin birləşməsindən əldə olunan bu qarışım Kral Mitridatın adı ilə bağlı olduğu üçün mitridatium adlanırdı. Onlar hesab edirdilər ki, bu həb immuniteti gücləndirir. Orqanizmi zəhərlərə qarşı dözümlü edir.

Qusmaq mədəniyyəti

Romalıların ən qəribə adətlərindən biri də özünü qəsdən qusdurmaq idi. Onlar bütün yığıncaqlarda acğözlüklə yeyir, bundan sonra isə özlərini qusdurub, mədələrini təmizləyirdilər.

Sidiklə paltar yumaq

Romalılar çirkli paltarları çəlləklərə doldurub, üzərinə sidik tökürdülər. Sonra özləri də çəlləyə girib, ayaqları ilə paltarları tapdalayırdılar. Bu yolla geyimlərinin təmiz və ləkəsiz olacağına inanırdılar. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.