Maraqlı

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən SEHRLİ İÇKİ - FOTO

17 İyul 2017 07:35
1 Şərh     Baxış: 993

5000-dən çox yaşı olan çayın yaranması və düzgün dəmlənməsi haqda nələri bilirik?!

Milli.Az bütün bu sualların cavabını təqdim edir.

Çayın tarixi keçmişinə bir də zaman pəncərəsindən baxaq. Mənbələrə görə, Çin hökmdarı Şen Nunun xidmətçilərindən biri bağçada su qaynadarkən, içərisinə təsadüfən çay yarpağı düşür. Bağçanı bürüyən xoş ətir hökmdarı valeh edir. İçkinin dadına baxdıqdan sonra isə çayın istehsalına əmr verir. Beləcə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu sehirli içki, öncə Çinə, sonra isə bütün dünyaya yayılır.

Çayın dəmlənməsi ilk baxışdan sadə görünsə də, böyük peşəkarlıq tələb edir. Dəm çaydanının materialından tutmuş, istifadə edəcəyiniz suyun tərkibinədək hər bir amil, çayın dadına böyük təsir göstərir. Odur ki, aşağıdakı şərtlərə əməl etsəniz, Çay süfrənizin ləzzəti hələ uzun müddət damağınızda qalacaq:

Su

Çay dəmlənməsi zamanı ən gözəl seçim təbii bulaq suyudur. Çünki bu suyun tərkibindəki faydalı minerallar çayın xoş ətirini daha da artıracaq. Əgər bulaq suyu tapmasanız, filtrlənmiş sulardan istifadə edə bilərsiniz. Çünki bu suların tərkibində, çayın qoxusunu və dadını kəskinləşdirən zərərli maddələr olmur.
Çay dəmlənməsində isti kran suyundan istifadə etmək, orqanizmə çox ziyandır. Bu zaman su borularının daxilindəki zəhərli maddələr suya çökür və tərkibindəki oksigen itir.

Asiyada ənənəvi olaraq, çay dəmləmək üçün işlədilən su, mütləq qaynadılmalıdır. Bu zaman suyun tərkibindəki ziyanlı mikrob və bakteriyalar ölür, keyfiyyəti artır. Həmçinin, suya tökülən çay yarpaqlarının xoş rahiyəsi daha tez yayılır, eləcə də dəmlənmiş çay oksigenlə zəngin olur.

Temperatur

Çayın dəmlənməsində istilik dərəcəsi həlledici rol oynayır. "İstənilən çayın hazırlanmasında qaynar su istifadə etmək mütləqdir" fikri tamamən yanlışdır. Yaşıldan tutmuş qarayadək hər bir çay növü individual tərkibə malikdir və onları müxtəlif temperatur həddində dəmləmək lazımdır. Məsələn, yaşıl çay daha incə emal edildiyi üçün onu ilıq suda dəmləyib, içmək doğrudur. Qara çay isə əksinə, əsl ləzzətini üzə çıxarmaq üçün qaynar suda dəmlənməlidir.

Dəmlənmə müddəti

İstilik dərəcəsi kimi, dəmlənmə müddəti də çay növünə görə dəyişə bilir. Əgər yaşıl çay kimi incə yarpaqlılar qısa zaman kəsiyində dəmlənirsə, qara, fermentli və bir sıra digər növlərin hazırlanma müddəti daha uzun olur. Bu həmçinin müxtəlif cəmiyyətlərin mədəniyyətindən və şəxsi seçimdən asılıdır.

Çaydanın (dəmlik) materialı

İlk baxışdan əhəmiyyətsız görünsə də, çaydanın materialı da, çay dəmlənməsində böyük önəm daşıyır. Dəmlik alarkən, dəmlənəcək çayların növlərini nəzərə almaq lazımdır. Məsələn, dəmir dəmlik mayeni uzun müddət isti saxladığı üçün, yüksək temperaturda dəmlənən çaylar üçün ideal seçimdir. Bu siyahıya qara çay və s. daxildir. Yaşıl, ağ və digər zəif temperaturda dəmlənən çayları isə çini və şüşə materiallı dəm çaydanlarında hazırlamaq doğrudur. Beləcə çayın ləzzəti və ətiri də ürəyinizcə olacaq.

Ümumi təlimatlar

Təqdim edəcəyimiz cədvəldə çayların növünə görə dəmlənmə müddəti, suyun temperaturu, dəmliyin materialı seçimləri haqda ətraflı göstərişlər qeyd olunub. (publika.az)

Çayın növləri

Miqdarı

Dəmlənmə müddəti

Suyun istilik dərəcəsi

Çaydanın materialı

2-3 ç/q

3 dəqiqə

80° - 85° C

Şüşə, çini

YAŞIL yapon (buxarda hazırlanan)
çin

1-2 ç/q
2 ç/q

1-2 dəqiqə
2-3 dəqiqə

70° - 80° C
80° - 85° C

Şüşə, saxsı

Şüşə, çini

UZUN yarpaqlı

Açıq (yaşıl)
Qalın (tünd)

2-3 ç/q
2-3 ç/q

2-3 dəqiqə
3 dəqiqə

85° - 95° C
95° C

Çini,gil
gil

Qara

Xırda yarpaqlı
Tam yarpaqlı

1-2 ç/q
1-2 ç/q

2-3 dəqiqə
3-5 dəqiqə

95° C
95° C

çini
çini

PU-ERH (Fermentli)

1-2 ç/q

3 dəqiqə

100° C

gil

Bitki Çayları

1-2 ç/q

3 dəqiqə

100° C

Şüşə,çini

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kovrek · 17 İyul 08:2610

    Indi guya teze nese oyretdilerde?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.