Maraqlı

Qatil əxlaqsız qadınlar Taylandda məşhurlaşdılar - VİDEO - FOTO

13 İyul 2017 15:23
0 Şərh     Baxış: 3 007

24 yaşlı Priyanuk Nonvançay 23 yaşlı Vaysara Klincuini qətlə yetirəndən sonra iki rəfiqəsi ilə birlikdə qonşu Birmaya qaçmışdı. O, həbs edilərək Taylanda aparılıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 23 yaşlı Vaysara Taylandın şimal-şərqindəki Kon Kahen vilayətində mayın 25-də qətlə yetiriləndən sonra şaqqalanmış, cəsədinin tikələri iki qara yeşiyə yığılaraq meşəliyə atılmışdı.

Qatilin rəfiqələri - 25 yaşlı Kavita Ratçada və 28 yaşlı Apivant Satayabundit iyun ayında Birmada həbs olunublar.

Polisdən verilən məlumata görə, Nonvançay və rəfiqələri Birmada fahişəliklə məşğul olublar. Onlar seks-barda ələ keçiriliblər.

V.Klincuinin boğulandan sonra şaqqalanmasının səbəbi onun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsində çalışan polis zabitinə aşiq olması idi.

Priyanuk Nonvançay və rəfiqələri fahişəlik etməklə yanaşı, narkotik maddələrin satışı ilə məşğul idilər.

Priyanukun dediyinə görə, rəfiqəsi Vaysaranın polisə aşiq olduğunu eşidəndə qorxuya düşüb.

"Biz əslində lezbiyanıq. Fahişəlik etsək də, kişiləri sevmirik. Vaysara isə kişiyə vurulmuşdu, özü də polisə. Bizi ələ verə bilərdi. Buna görə də öldürdük", - Priyanuk Nonvançay deyib.

Nonvançay tutulandan və onun cinayəti bəlli olandan sonra o, məşhurlaşıb. İş o yerə çatıb ki, qəddar fahişənin şəxsi əşyaları, hətta polis idarəsindəki kamerada yatarkən başını qoyduğu yastıq belə, "unikal əşya"lar kimi satışa çıxarılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qatil əxlaqsız qadınlar Taylandda məşhurlaşdılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.