Maraqlı

Yer altında yatan SƏRVƏT: milyardlar necə yox oldu? - FOTO

16 İyul 2017 19:39
1 Şərh     Baxış: 3 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nə vaxtsa okeana qərq olmuş Atlantidanı, Eldoradonun qızıl küçələrini və əfsanəvi Şanqri-La dağlarını aşkar etməyə nail olunacağı məlum deyil. Çox güman ki, bu yerlər yalnız mifdir.

Milli.Az isə həqiqətən də yerləri aşkar olunan, əsrlərin dərinliklərində unudulmuş qədim şəhərlər haqda yazını diqqətinizə çatdırır.

Helike - Yunanıstan

Atlantida suda batan yeganə mifik yunan şəhəri deyildi. Helike şəhəri də eyni aqibətlə üzləşib. Yunan əsatirlərinə görə, Helikeni yerli sakinlərin qədim İonik tayfalarını şəhərdən qovduqları üçün qəzəblənmiş yunan allahı Poseydon məhv edib.
Helike e.ə. 373-ci ildə dağıdılıb və əsrlər boyu o sadəcə əfsanə sayılırdı. Lakin alimlər onu tapdılar. 1980-ci illərin sonunda iki arxeoloq Helikenin axtarışına çıxır və uğur üçün onlara on ildən çox vaxt lazım olur. Məlum oldu ki, güclü zəlzələ nəticəsində, kəskin sel uçqununa məruz qalan şəhər, əsrlər boyu torpağın altında qalıbmış.

Dvaraka - Hindistan

Hindlilər üçün Dvaraka müqəddəs şəhər hesab olunur. Bu, Yer üzündə 5000 il əvvəl yaşayan Krişnanın məskəni idi. Dvaraka guya Krişnanın xüsusi istəyilə salınmış, kristal, gümüş və zümrüdlərlə bəzədilmişdi. O həmçinin tələb edib ki, şəhərdə onun 16108 padşahı üçün 16108 saray tikilsin.
Şəhər Krişna və çar Salva arasında gedən əzəmətli döyüşdə dağıdılıb. Bütün bunlar adi bir əfsanə kimi səslənir, amma sonra arxeoloqlar Dvaraknın yeri işarə edilən dənizi araşdırmağa başlayıblar və həqiqətən təsvirlərə uyğun gələn şəhər qalıqları tapıblar. 16108 gümüşü yaxud qızılı saray aşkar olunmayıb, lakin bu, öz planlaşdırması ilə böyük qədim şəhər idi.
Güman etməyə əsas var ki, əsl Dvaraka təxminən 9000 il bundan əvvəl tikilib və Yer üzünün ən qədim şəhərlərindən biri sayılır. Bu, vaxtilə ən çox yüklənmiş dəniz limanlarından biri idi. Sonra, e.ə. II minillikdə şəhər dənizə qərq olub.

Əzəmətli Zimbabve - Zimbabve

XVI əsrin əvvəllərində portuqaliyalı tədqiqatçılar məlumat verməyə başladılar ki, Afrikada böyük bir qəsr haqda əfsanələr dolaşır. Yerli əhali iddia edirmiş ki, indiki Zimbabvenin yerində, ağacların üzərində böyük daş qala var. Yerli sakinlər onu "Simbao" adlandırırdılar, amma onlar bilmirdilər ki, onu kim yaradıb.
Əsrlər boyu avropalılar düşünürdülər ki, "Simbao" sadəcə, mövhumatçı tarixçədir. Sonra, XIX əsrdə onlar, həqiqətən 11 metr hündürlüyündə daş divarları olan iri bir qəsr aşkar etdilər.
Qəsr eramızın 900-cü ilində itən afrika sivilizasiyasından sonra inşa edilib. Qalanın daxilində bütün dünyanı əhatə edən dini, tarixi əşyalar tapılıb. Məsələn, orada ərəb sikkələri, fars keramikası və hətta Min adlı çin sülaləsinin yadigarı olan qədim əşyalar da var idi. Yəqin, başqa ölkələrlə ticarət yolu ilə buraya gətirilirmişlər.

Ksanadu - Çin

Marko Polo Çindən Kublay-xana imperiyası haqda inanılmaz təsvirlərlə qayıtdı. Gördüklərindən ən əzəmətlisi Ksanadu idi - böyük xan sarayı. Polonun sözlərinə görə, bu mərmər sarayda eni 26 kilometr olan - izdihamlı fəvvarələr, çaylar və vəhşi heyvanlarla əhatələnmiş böyük park var idi. Guya xan Ksanaduda əjdahalar tərəfindən qorunan 10000 ağ at saxlayırmış.
Saray 1369-ci ildə, Min ordusu tərəfindən dağıdılıb. Avropalıların əksəriyyəti hələ ki onu görmək imkanı qazanmamışdılar. Əsrlər keçdikcə o adi əfsanə idi və onu yalnız şairlər vəsf edirdi. Amma yox, arxeoloqlar Kublay-xananın sarayının qalıqlarını aşkar edəndə, məlum oldu ki, Marko Polo çox da şişirtməmişdi.
Tapıntılara əsasən, xanın iqamətgahı Ağ evdən təxminən iki dəfə böyük ölçüdə idi və orada həqiqətən hər at üçün yemləmə hissələri aşkar edilib. Hətta Marko Polonun təsvir etdiyi əjdahalar da mövcud olub, sadəcə sütunlu heykəllər qismində.

Siqiriya - Şri-Lanka

Şri-Lankada eramızdan əvvəl V əsrdə kral Kassapa qayanın zirvəsində 200 metr hündürlüyündə öz sarayını tikib. Əfsanələrə görə, bu, ən ağlagəlməz qəsrlərdən biri idi. İçəri girmək üçün nəhəng şirin ağzının içindən keçən böyük pilləkənləri qalxmaq lazım gəlirdi.
Amma Kassapa öz qəsrində çox yaşaya bilmir. Siqiriyanın tikintisindən az sonra kral Moqallanın qardaşı onun üzərinə hücum edir. Kassapın ordusu öz həyatlarından qorxaraq onu tərk edir, arvadları isə özlərini qayadan atırlar.
Bir müddət sonra qəsr buddist monastrına çevrilir, sonra isə onu unudurlar. Avropalı arxeoloqlar bu tarixi araşdırmağa başlayanda heyrət onları cənginə alır - möhtəşəm qəsr həqiqətən mövcuddur, həm də böyük şir ağzından keçən pilləkənləri ilə. YUNESKO Siqiriyanı dünyanın səkkizinci möcüzəsi elan edib.

Leptis Maqna - Liviya

Leptis-Maqna Liviyada nə vaxtsa qum tufanı nəticəsində məhv olub. Şəhər böyük Roma İmperiyasna tabe idi və nəhəng ticarət mərkəzi hesab olunurdu. Roma imperatorlarından biri, Septimus Severus məhz bu şəhərdə doğulmuşdu. O, nəhəng şəhəri onun imperiyasının ən mühüm hissələrindən birinə çevirdi, amma Roma İmperiyası süqut edəndə Leptis-Maqna də təbii olaraq zəifləyir.
Şəhər basqınçılar tərəfindən talan edilir, ərəb işğalçıları onu məhv edir, nəticədə isə, tamamilə unudulur və taleyin qismətinə atılaraq qumlar altında dəfn olunur. Leptis-Maqna XIX əsrdə, arxeoloqlar onu tapana qədər təxminən 1200 il qumlar altında qalır. Məlum oldu ki, qumun altında şəhər çox gözəl vəziyyətdə günümüzə çatıb.

Vinland - Şimali Amerika

Eramızın 1073-ci ilində alman ruhanisi Adam Bremen danimarka kralı Sven Estridsona müraciət edir. O iddia edir ki, vikinqlər Atlantik okeanını keçərək uzaq bir yer tapır, hansı ki, Vinland adlandırırlar, çünki orada bitkilər, əsasən də üzüm heç bir müdaxilə olmadan özü-özlüyündə yetişirmiş.
Vikinqlər ora çatan zaman yerli əhali ilə vuruşmalı olurlar. Bu insanlar onların sözlərinə görə, ağ paltar geyinirmişlər və mağaralarda yaşayırmışlar. Vinland əsrlər boyu vikinqlərin əfsanəsi hesab olunurdu, hətta ispanlar Amerikaya çatandan sonra belə aşkar olunmamışdı. Və yalnız 1960-ci illərdə həqiqət üzə çıxdı. Arxeoloqlar Kanadanın Nyufaundlend adasında vikinqlərin XI əsrə aid edilən yaşayış məskəninin qalıqlarını aşkar edə biliblər.

Heraklion - Misir

Demək olar ki, hər bir yunan mifində Heraklion haqda bəhs edilir. Rəvayətə görə, Herakl Afrikaya ilk dəfə bu şəhərdən yollanıb. Alimlərin şəhərin harada yerləşməsi haqda heç bir təsəvvürləri yox idi.
Məlum oldu ki, Misirin ən mühüm limanlardan birini heç kimin tapa bilməməsi onun su altında qalması ilə bağlı olub. Təxminən 2200 il əvvəl Heraklion yəqin ki, zəlzələdən və ya sunamidən zərər çəkərək suya qərq olub. Misir sahillərində üzən dalğıclar şəhərin qalıqları ilə 2000-cı illərin əvvəllərində rastlaşıblar.

La Syudad Perdida - Kolumbiya

Təxminən 1300 il əvvəl qədim xalq olan tayronlar, Syerra-Nevada-de-Santa-Marta dağlarında inanılmaz möhtəşəm şəhər salıblar. Şəhər dağların zirvəsində guya onların allahının əmrilə yaradılıb. Çünki allah istəyirmiş ki, tayronlar ulduzlara daha yaxın olsunlar. İnsanlar orada ispan konkistadorları gələnə qədər - 700-800 il boyunca yaşayıblar. Lakin işğalçılar bu şəhərə çata bilmirlər, yerli sakinləri avropalıların gətirdiyi xəstəliklər məhv edir.
Yerli sakinlər tam öləndən sonra, şəhər yüz illər boyu unudulmuş qaldı. La Syudad Perdida yalnız 1970-ci illərdə aşkar edilib ki, bir qrup quldur, cəngəlliklər arası ilə qaçarkən ona təsadüfən rastlaşıblar. Onlar qızıldan olan fiqurları talan edərək özləri ilə apararaq qara bazarda satmağa başlayıblar. Sırf bu məqam arxeoloqların diqqətini cəlb edir və şəhər aşkar edilərək möhtəşəm tapıntı kimi tarixə düşür.

La Syudad Blanka - Honduras

Qızıl axtarışları zamanı Ernan Kortes Honduras cəngəlliklərində saysız-hesabsız xəzinəsi olan şəhər barədə şayiələr eşidir. Rəvayətdə oranı "Ağ şəhər" adlandırırdılar. Kortes şəhəri tapa bilmir, lakin əfsanə yaşamağa davam edir. Nəticədə arxeoloqlar qrupu axtarışlara başlayaraq cəngəllikdə La Syudad Blankanı tapa bilirlər.
Tropik meşədə 1000 il əvvəl inşa edilən piramida tapılır. Daxilində çoxlu daş heykəllərin, memarlıq nümunələrinin olması onu göstərirdi ki, qonşu xalqlara nisbətən burada misli görünməmiş var-dövlət və sivilizasiya mövcud olub. İddia etmək çətindir ki, bu şəhər həqiqətən məhz Kortesin axtardığı şəhərdir ya yox, amma istənilən halda itirilmiş bir sivilizasiyanın inci nümunəsidir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.