Maraqlı

Sağlam gələcəyə aparan YEGANƏ YOL

14 İyul 2017 22:43
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Sinxay əyalətində sakinlər bütün həftəni su, külək və günəş enerjisi hesabına başa vurub. Çin bununla "yaşıl" enerji dövrünün zamanın artıq yetişdiyini sübut etmək niyyətindədir.

Milli.Az bildirir ki, son illər alimlərin bütövlükdə "yaşıl" enerjiyə keçmək cəhdləri özünü alternativ üsulların sınanmasında göstərir. Dünyanın dörd bir yanından olan mütəxəssislər təbii enerji vasitələri tətbiq etmək üçün sınaqlar aparır.

Məsələn, 2016-cı ildə Şotlandiya tarixdə ilk dəfə öz enerji tələbatını yalnız külək enerjisi hesabına ödəmişdi. Bu, cəmi 1 gün davam etsə də, dünya elm tarixinə qızıl hərflərlə yazılmışdı. Bu uğurlu təcrübənin əsas səbəbi həmin gün havanın küləkli olması və yay mövsümünə təsadüf etməsi idi.

Şotlandiya "yaşıl" enerjini dəstəkləyən ölkədir. Burada yerləşən Eyge adasının əhalisi öz enerji ehtiyacını günəş və dəniz dalğaları hesabına ödəyirlər.
ABŞ da alternativ təbii enerjini dəstəkləyən dövlətlər sırasındadır. Ölkə energetikasının 10 %-i artıq "yaşıl" enerjidən ibarətdir ki, onun da 8%-i küləyin, 2%-i isə Günəşin payına düşür.

Bu günlərdə isə Çin adını bu şərəfli siyahıya yazdı. Belə ki, Sinxay əyalətində bir həftə ərzində alternativ enerjidən istifadə olundu. Ötən ayın 17-dən 23-dək əyalət sakinləri öz enerji ehtiyacını günəş, külək və hidroelektrik stansiyalar hesabına ödədi. Xatırladaq ki, Sinxayın əhalisi 5,8 milyon nəfərdən ibarətdir.
Bu təcrübənin həyata keçirilməsində ən çox Dövlət elektroşəbəkə korporasiyasının əməyi var. Çin bu rekord göstərici ilə təmiz və zərərsiz enerjidən davamlı istifadənin mümkünlüyünü sübuta yetirən ilk dövlətdir. Alternativ enerji stansiyalarının əməkdaşları bu təcrübəni reallaşdırmağa aylarla hazırlıq gördüklərini və artıq bu əyalətin təbii enerjiyə keçmək üçün tam hazır olduğunu vurğulayırlar.

Bölgənin Enerji şirkətinin başçısı Xan Tsi qeyd edir:"Təmiz enerji bizi sağlam gələcəyə aparan yeganə yoldur. Bununla enerji infrastrukturunu yaxşılaşdırmaqdan əlavə, istixanalardan xaric olan zərərli qazların azalacağını düşünürük. Bu isə birbaşa qlobal istiləşmənin qarşısını ala bilər".

Çin hakimiyyəti 2020-ci ildə 366 milyard dollar vəsait sərf edərək alternativ enerji stansiyaları istifadəyə verəcək. Bu isə ən az 13 milyon iş yeri deməkdir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.