Maraqlı

Xanımlar evdə tək olan zaman sizcə nə edər? - 8 VƏRDİŞ

14 İyul 2017 22:52
10 Şərh     Baxış: 1 796

İnsanlar bəzən tək qalmaq, hər kəsdən və hər şeydən uzaqlaşmaq istəyərlər. Bəs qadınlar tək qalanda nə edirlər?

Milli.Az qadınların tək qalanda nələr etdiklərinin siyahısını diqqətinizə çatdırır:

İstədikləri qədər yemək yemək

Evdəki bütün şokaladları yemək bir çox qadının istəyidir. Evdə tək qalanda qadınlar bu istəklərini həyata keçirə bilirlər. Çünki evdəki şokaladları yemək istəyən uşaq yoxdur.

Mənasız verilişlər izləmək

Hər qadın işləməyib, divanda uzanıb bir vaxtlar tənqid etdiyi mənasız televiziya proqramlarını izləməyi sevir. Məqsədsiz keçirilən bu vaxtı heç nə ilə müqayisə etmək olmaz.

Musiqi dinləmək, mahnı oxumaq

Evdə heç kim yoxdursa, o zaman qadınlar musiqinin səsini sonuna qədər yüksəltməyi sevir. Necə göründüklərinə fikir vermədən rəqs edirlər. Tanış gəldi?

Uzun müddət duşda qalmaq

Evdə uşaqlar, ya da başqaları olanda istədiyi qədər hamamda qalmaq qadınlar üçün problemdir. Lakin uzun müddət duşda qalmağın qadın istirahətində yeri əvəzsizdir. Ona görə də, evdə tək qalan kimi hamama girirlər.

Oxumadıqları kitablara baxmaq

Divanın üstündə uzanıb sevdikləri roman və ya jurnalı oxumaq qadınlar üçün əvəzsiz həzzdir. Bir neçə səhifədən sonra yuxuya gedəcəkləri istisna deyil.

Səssizlikdən zövq almaq

Xüsusən də uşaqlı analar üçün tək qalmaq ən yaxşı istirahətdir. Gün ərzində uşaqlarla danışıb, onların arxasınca qaçandan sonra evdə tək və heç nə etmədən oturmaq əvəzsiz görünə bilər.

Alış-veriş

Tələsmədən, saata baxmadan hər bir geyimi incələyərərək alış-veriş etməkdən qadınlar həzz alırlar.

Yatmaq

Bir qadın üçün xoşbəxt olmağın üsullarından biri də yatmaqdır. (publika.az)

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 İyul 22:5740

    Musiqi dinlemek ve arada sessizlikden lezzet almaq bu 2-si mene aiddii..

    Cavab yaz
  • Anonim
    & · 14 İyul 23:0111

    Qardaw benzinin qalxmaginnan xeber var n ese??mingecevirde deyirler 12de benzin qalxacaq

    Cavab yaz
    • Anonim
      &-ya · 15 İyul 00:2601

      Salam.Mingəcevirdənsən? ay nə gözəl şəhərdi ,mənim canim şəhərim-uşaqliq xatirələrim.hə düzdü qalxacaq qiymətlər -velasiped və samokatim qiymətidə qalxacaq tələbat artacaq onlara

      Cavab yaz
  • Anonim
    Sevda.R · 14 İyul 23:0810

    Səssizlikdən zövq almaq....

    Cavab yaz
  • Anonim
    Lamiye · 14 İyul 23:3200

    tek qalanda ağlamaq bu en pisidi

    Cavab yaz
  • Anonim
    asi · 14 İyul 23:5830

    Sağ olsun yutub, təkliyin ən gözəl çarəsidir))..Film izləmək, başqa variantların heç biri...

    Cavab yaz
  • Anonim
    M.M · 15 İyul 00:0601

    Misiqini coxaldib islermi gorub yatiram

    Cavab yaz
  • Anonim
    Coco · 15 İyul 00:2810

    2-4. Mene aiddir:)))

    Cavab yaz
  • Anonim
    Coco · 15 İyul 00:2910

    Birdeki 3:))) sonda da yatmaq

    Cavab yaz
  • Anonim
    "-" · 15 İyul 11:1700

    4. Rahatciliq + musiqi)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.