Maraqlı

Qədim sivilizasiyaların ən qəribə kulinar adətləri - FOTO

16 İyul 2017 18:35
1 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədim sivilizasiyaların bir çox adətləri çağdaş insana qəribə və təəccüblü gəlir. Bura həmçinin onların kulinar adətləri də aiddir.

Milli.Az qədim sivilizasiyaların ən qəribə və heyrətamız kulinar adətlərinin siyahısını təqdim edir.

Pivə

Dünya tarixində ilk pivə eramızdan 7000 min il öncə qədim Çində hazırlanıb. İranda aparılmış arxeoloji qazıntılar zamanı isə bəlli olub ki, burada pivənin tarixi eramızdan 3500-3100 il əvvələ təsadüf edir.
Mənbələrə görə, pivə hazırlayan ən qədim xalq şumerlərdir. Şumer qadınları pivəni bir qayda olaraq, arpa çörəyindən hazırlayırdılar. Şumerlərin pivəsi sıyıq qatılığında olurdu və onu saman çöpü vasitəsilə içirdilər.

Çətənə

Çətənə isə qədim Avrasiya xalqlarının qida mədəniyyətinin özülünü təşkil edirdi. Çətənənin toxumundan insanlar un, yağ hazırlayır, sıyıq bişirirdilər. Eramızdan öncə Tsin Xan hakimiyyəti dövründə çətənə Çin əhalisinin əsas qida mənbəyini təşkil edirdi. O, arpa, düyü və soya qədər faydalı və zəruri ərzaq sayılırdı.
Çətənə yağını bu gün Amerika və Avropa xalqları şəfalı vasitə sayırlar. O adi mağazalarda faydalı bitki yağı kimi satışa qoyulur. Bu yağın xərçəng üzərində müsbət təsiri də sübuta yetirilib. Çətənə yağı həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır.

Hindlilərin sevimli dana əti

Qəribədir ki, qədim hindlilər öz varislərindən fərqli olaraq, inək və dana əti yeməkdən imtina etmirdilər. Onlar inəkləri öz tanrıları uğrunda qurban kəsir, sonra isə fərqli xörəklər hazırlayırdılar. İnəyi müqəddəsləşdirməyi, eləcə də vegetarianlığı hind xalqına daha sonralar buddizm dini aşıladı.

Qladiatorların pəhrizi

Qədim Roma şəhəri olan Efesdə aparılmış arxeoloji qazıntılar zamanı 68 qladiatorun sümüklərinin qalıqları tapılmışdı. Sümüklər üzərində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, o dövrün qladiatorlarının əsas qida mənbəyini bitki tərkibli yeməklər, xüsusən arpa və paxlalı bitki növləri təşkil edib.

İt əti

Qədim Meksika ərazisində yaşayan insanların qida növləri barədə məlumat çox azdır. Təxmin edilir ki, bu ərazilərdə yaşayan insanlar ev heyvanları saxlamayıblar, ona görə də qidalarının böyük hissəsini lobya və qarğıdalı təşkil edib.

Həmçinin Meksika ərazisində yaşayan asteklərin ilan, qurbağa, dovşan, müxtəlif həşəratlar və hətta it əti ilə qidalandıqları məlum olub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.