Maraqlı

Fiat 500 sənət əsəri kimi tanındı - FOTO

8 İyul 2017 19:25
0 Şərh     Baxış: 763

Nyu-Yorkdakı müasir incəsənət muzeyi öz kolleksiyasına orijinal hetçbək Fiat 500-ü daxil edəcəyi barədə məlumat yayıb. Bu barədə modelin 60 illik yubileyi günündə elan edilib. 1957-ci il iyulun 4-də Turində bu avtomobilin ilk nümunəsi təqdim edilmişdi.

Milli.Az auto.az-a istinadən bildirir ki, muzeyin ixtiyarına 500 F modifikasiyası veriləcək. Bu, 1965-1972-ci illərdə istehsal edilən modelin tarixində ən məşhur və uğurlu modifikasiyadır. Nyu-Yorkda sərgilənəcək nümunə bej rəngindədir və yumşaq dama, metal kolpaklı disklərə malikdir.

Müasir incəsənət muzeyinin kolleksiyasında, həmçinin Cisitalia 202 GT (1946-cı il), Willys-Overland Jeep (1952-ci il), Volkswagen Beetle (1959-cu il), Jaguar E-Type Roadster (1963-cü il), Ferrari 641/2 Grand Prix Racer (1990-cı il) və Smart (1998-ci il) avtomobilləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.