Maraqlı

Xüsusi versiyalı Ford F-150 Raptor - FOTO

8 İyul 2017 20:25
0 Şərh     Baxış: 835

Pikap Ford F-150 Raptor eksklüziv xüsusi versiya alıb. Amerikalılar bunu cəmi bir ədəd və Lockheed Martin F-22 Raptor  təyyarəsinin şərəfinə istehsal ediblər.

Milli.Az auto.az-a istinadən bildirir ki, pikap-qırıcı təyyarənin dizaynı markanın dizayneri Melvin Betankura həvalə olunub. Onun işi nəticəsində Ford F-150 Raptor xüsusi radiator barmaqlığı və qırıcı təyyarənin siluetinin təsvir edildiyi arxa görünüş güzgüsü alıb.

Modifikasiyanı, həmçinin yeni lüstr ilə təchiz ediblər, onun banında F-22 yazısı peyda olub.  Bu pikap yeni disklər və yolsuzluq şəraitinə uyğun şinlər alıb. Yük üçün olan hissədə iki ehtiyat təkəri üçün yer də var.

Pikapın texniki işləri idman bölməsi Ford Performance-ın mütəxəssislərinə həvalə edilib. Onlar 3,5-litrlik V6-nın gücünü 545 a.g.-dək artırıblar (+95). Bundan əlavə, onlar pikapın asmasını təkmilləşdiriblər və daha güclü əyləclər quraşdırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.