Maraqlı

Müsəlman ölkəsində əli çantalı TANRILAR: İNANILMAZ SİRR - VİDEO - FOTO

14 İyul 2017 19:20
0 Şərh     Baxış: 759

Bu gün bütün dünya alimlərini bir sual düşündürür. Necə olur ki, əlində çanta tutmuş tanrı təsvirlərinə dünyanın hər nöqtəsində, həmçinin mezoamerika sivilizasiyasında rast gəlinir?

Milli.Az xəbər verir ki, qədim tanrıların bu tip heykəlləri, qaya üzərində oyma təsvirləri Amerikadan tutmuş Türkiyə ərazisində yerləşən Göbəkli Təpə məbədinədək bir çox məntəqələrdə var.

Dünya sivilizasiyasının beşiyi sayılan Mesopotamiyada da, bu səpkili tapıntılara rast gəlmək olur. Qədim şumerlər öz tanrıları hesab etdikləri annunakları "qol saatı" və qəribə "əl çantası" ilə təsvir edirdilər.

Ən maraqlısı odur ki, Mesopotamiyadan min kilometrlərlə uzaqda yerləşən Şimali və Cənubi Amerikada yaşamış mayyalar, asteklər və digər keçmiş sivilizasiyalar da öz tanrılarını bu motivlər əsasında təsvir etmişdilər.

İndi isə Qədim Misirə nəzər salaq: eni mövzu, eyni təsvir və yenə də, əllərində çanta tutmuş tanrılar.

Bəs bu qədim sivilizasiyaların mədəniyyət nümunələrinin hamısında niyə çantalı tanrılar təsvir edilib? Bu əşya nəyin rəmzidir? Bəlkə elə bu qədim xalqların tanrıları eyni olub? Şumer tanrıları olan annunakların siması saqqala örtülü olduğu üçün onlar digər təsvirdəki tanrılardan fərqlənirlər. Buradan belə nəticəyə gəlmək olur ki, müxtəlif sivilizasiyalarda sitayiş edilən tanrılar da fərqli idi.

Bu tip təsvirlərə eyni zamanda Meksikada da rast gəlinir.

Türkiyənin cənubunda yerləşən Göbəkli Təpə ərazisində də çantalı tanrıların təsvirləri əks olunub. Göbəkli Təpə Yer planetinin ən qədim məbədlərindən biri bəlkə də birincisidir. Burada üzük şəkilində inşa edilmiş daş sütunlar qədim dünyanı idarə edən sivilizasiyaların canlı şahidləridir.

Daşların üzərindəki təsvirlərin 12 min il öncə ovçular tərəfindən həkk edildiyi təxmin olunur.

Bütün bu əraziləri uzun illərdən bəri tədqiq edən tarixçilər və arxeoloqlar hələ də, məsələnin kökünü anlaya bilmirlər. Niyə məhz çanta? Onların bir fərziyyəsi var: yəqin ki, bu əşya tanrıların Yer planetinə digər qalaktikalardan gəlməklərini simvolizə edir. Araşdırmaya dair dəqiq cavab isə çox güman ki, hələ uzun illər müəmmalı qalacaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.