Maraqlı

Ac qalmamaq üçün doğmalarının ətini yedilər... - FOTO

16 İyul 2017 15:40
13 Şərh     Baxış: 4 770

1972-ci ilin oktyabr ayında "Old Cristians" reqbi klubunun oyunçularının qohumları və sponsorları ilə birgə Uruqvaydan Çiliyə uçduqları təyyarə qar fırtınası ilə rastlaşır və dağla toqquşub, qəzaya uğrayır.

Milli.Az bildirir ki, təyyarənin göyərtəsində cəmi 45 sərnişin var idi. Onların 12-si qəza zamanı həlak olur. Yerdə qalanlar isə sağ qalmaq uğrunda mübarizəyə başlayırlar. Onlar qardan içməli su toplayır, öz sidikləri ilə ayaqlarını və əllərini isidirdilər.

Bir neçə gündən sonra həlak olanları yeməyə qərar verirlər. Öz doğmalarını və dostlarını çeynəmək qorxusu insanları dəhşətə gətirirdi. Buna baxmayaraq, didərgin həyatın elə ilk həftəsində hər kəs hannibala (adamyeyən) çevrilir.
Axtarış əməliyyatı qrupları bəmbəyaz qara bürünmüş dağların arasında qəzaya uğramış təyyarənin hissələrini görə bilmirdilər. "Adamyeyənlər" isə SOS yazmaq üçün rəng tapa bilmirdilər.

2 həftədən sonra qar uçqunu daha 8 nəfərin ölümünə səbəb olur. Bu isə digərlərinin həyatda qalmağına kömək edir.

Komandanın ən güclü 3 üzvü And dağlarını keçib, yol axtarmağa qərar verirlər. Onlara həlak olmuş dostlarının dərisindən corab, təyyarə oturacaqlarının dərisindən isə yatmaq üçün çuvallar tikirlər. Komanda yoldaşlarının səyi yerdə qalmır. 9 gün də keçəndən sonra hadisə yerinə xilasedici vertolyotlar gəlir, sağ qalmış 16 nəfəri xilas etməyə müvəffəq olurlar. Onlar uzun müddət psixoterapevtlər, stomatoloqlar, qastroloqlar tərəfindən müalicə olunurlar.

Bu şəxslər illər sonra öz müsahibələrində o qəzada həlak olmadıqları üçün sevinmədiklərini qeyd ediblər. Əksinə bildirirlər ki, bu cəhənnəmi gözləri ilə görməkdənsə, kaş ölməyi seçərdilər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Konul · 16 İyul 15:46100

    Bir azdan bizde ele olacagig her defe giymetler qalxir

    Cavab yaz
  • Anonim
    Sofa · 16 İyul 16:0470

    Axrinci cumle meni cox kovreltdi,,, INSAN,, hem guclu, hem de aciz,,,,,

    Cavab yaz
  • Anonim
    Ad yox · 16 İyul 16:1940

    Her seyin qiymeti qalxdi beyzin produkt sorada deyilerki niye ogurluq quldurluq bas alib gedir

    Cavab yaz
    • Anonim
      Ne bilim · 16 İyul 17:1600

      Hec inandirici gelmedi,ele ilk hefteden olu eti yemek? Ondansa olmek yaxwidi

      Cavab yaz
  • Anonim
    Hako · 16 İyul 18:0130

    Bu meqaleni bir yere arxivlemek lazımdır. Cunki lazim olacaq bize. Sebeb her şeyin qiymeti qalxir birce maaşdan başqa. Yaxin zamanda gorek biz ne yemeye baslayacagiq. Yeqinki ilk önce kafel metlaxdan baslayariq.

    Cavab yaz
  • Anonim
    mamuska · 16 İyul 18:2630

    bu movzuda bir xarici filme baxmisam.Demek ki,ssenari olmus hadiseden goturulubmus.

    Cavab yaz
    • Anonim
      Elnur · 16 İyul 20:1710

      O filmin adi nedi, bilirsizse yazin, cox xahiw edirem

      Cavab yaz
  • Anonim
    Elnur · 16 İyul 20:1910

    O filmin adi nedi, bilirsizse yazin, cox xahiw edirem

    Cavab yaz
  • Anonim
    Ncncnc · 16 İyul 22:1020

    Dehwet insan nece insanin etini yeye biler ALLAH bizi bele weylernen sinaga cekmesin AMIN.

    Cavab yaz
    • Anonim
      Karmen · 16 İyul 23:3400

      Salam o filmin adi sxvatkadi ela kinodu

      Cavab yaz
  • Anonim
    Elcin · 16 İyul 23:2710

    Bununla baqli kinoda var.bos bir xeber

    Cavab yaz
    • Anonim
      Karmen · 16 İyul 23:3700

      Cox ela kinodu baxmaga deyer

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.