Maraqlı

Dünyanın ən sirli adası - FOTO

16 İyul 2017 19:18
4 Şərh     Baxış: 1 251

Keçmiş əsrlərdən qalan nəhəng moailərlə zəngin olan Pasxa dünyanın ən müəmmalı adasıdır.

Alimlər bir suala hələ də cavab tapa bilmirlər. IX əsrdə yaşayan insanlar çəkisi 20 tondan çox olan, uzunluğu 10-20 metr arasında dəyişən bu heykəlləri yaşadıqları yerə necə aparırlarmış?

XX əsrin ən sirli tapıntılarından biri də moai başları ilə bağlı idi. Araşdırmalar zamanı məlum oldu ki, onların bədənləri də varmış. Ancaq üstlərini torpaq örtübmüş.

Yerli sakinlər adanı Rapa-Nui adlandırırlar. Bütün dünya isə Pasxa adaları kimi tanıyır. Çünki ada 1722-ci ilin 5 aprelində - müqəddəs bazar günündə holland səyyah tərəfindən tapılıb.

2012-ci ildə adada 150-dən çox heykəl tapıldı. Məlum oldu ki, bu heykəllər tufdan (daş növü) düzəldilib. Ən böyüyü 80 tondur. Hündürlüyü isə 21 metrə yaxındır. Bu heykəllərin qeyri-adiliyi ondadir ki, hamısı eyni yerdə düzəldilib və müxtəlif istiqamətlərə aparılıb.

Daşınma ilə bağlı yaranan suallarla bərabər bir suala da cavab tapılmır: Bu heykəlləri niyə düzəldiblər?

Milli.Az həmin heykəllərin fotolarını təqdim edir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

4 Şərh:

  • Anonim
    El rey · 16 İyul 20:4510

    Gelmelerin iwidir. Insan etmeyib. Yadplanetliler

    Cavab yaz
  • Anonim
    * · 16 İyul 21:4110

    BIZDƏN QABAQKI SİVİLİZASİYANIN İŞİDİR.80 TON AĞIRLIQ .

    Cavab yaz
  • Anonim
    kk · 16 İyul 22:3800

    misir piramidlerindeki sirrlerdendi buda.insan emeyine benzemir.

    Cavab yaz
  • Anonim
    Guler · 17 İyul 02:2800

    uyda vahimeli dawlardi. meni ora gozu yumlu aparib gozunu orda acsalar ureyim hemin an dayanar ve olerem ureyim parttiyar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.