Maraqlı

Ac ayı evə girib mətbəxi alt-üst elədi - VİDEO

16 İyul 2017 13:49
2 Şərh     Baxış: 939

ABŞ-ın Kolorado əyalətində ac qalan ayı ətrafdakı yaşayış evlərindən birinə hücum edib.

Milli.Az xəbər verir ki, ev sahibi yuxuda olarkən evə girən ayı düz 6 saat orada qalıb.

Yeməyə heç nə tapa bilməyən heyvan mətbəxin altını üstünə çevirib və sonunda soyuducunu kəşf edib.

Evin təhlükəsizlik kameralarına düşən görüntüdə ayının arxa ayaqları üstündə durub soyuducunun qapısını asanlıqla açdığı görülür.

Ev sahibi yuxudan oyandıqdan sonra evinə vəhşi heyvanın girdiyini görüb və bölgənin səlahiyyətli orqanlarına xəbər verib.

Dərhal hadisə yerinə gələn "Kolarado Parkları və Vəhşi Həyatı Mühafizə" orqanının nümayəndələri ayını tüfənglə vuraraq öldürüblər. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ac ayı evə girib mətbəxi alt-üst elədi

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    M · 16 İyul 14:0501

    yaxşı edib

    Cavab yaz
  • Anonim
    hs · 16 İyul 22:1900

    Elleri qurusun ayini oldurenlerin. vehwiler.Ayi onlar kimi vehwi olsaydi ele birinci ev yiyesini yeyerdi de.Ayi cox yaxwi heyvandi.merhemeti coxdur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.