"Kardeşim benim 2" filminin çəkilişləri başlayıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Burak Özçivitin bal ayından qayıtması ilə hazırlıqlara start verilib. Ekran işinin davamında rejissor yenə də Mert Baykal olacaq. Ssenarisini Zafer Külünkün yazdığı filmdə bu dəfə də Murat Boz və Burak Özçivit bir-birinə zidd, əyləncəli qardaşları canlandıracaqlar.
İlk filmdə rol alan Aslı Enverin isə heyətdə olmayacağı bildirilib. Film noyabrın 24-də təqdim olunacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində