Maraqlı

Daha güclü Jaguar - VİDEO - FOTO

9 İyul 2017 19:35
0 Şərh     Baxış: 772

Seriya buraxılışı olan daha güclü və dinamik Jaguar modeli hələ istehsal olunmamışdı. Special Vehicle Operations (SVO) bölməsinin mühəndisləri məşhur 5,0 litrli 8 silindirli kompressorlu mühərriki, 600 a.g. və 700 Nm fırlanma anı hasil edən rekord həddə qədər gücləndiriblər. Tamötürməli "yırtıcı" 97 km/saat (60 mil/saat) sürətlənməyə cəmi 3,3 san sərf edir. Maksimal sürət isə 320 km/saatdır.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tənzimləmələri yenilənən səkkiz pilləli avtomat sürətlər qutusu pillələri 200 millisaniyə ərzində dəyişərək, aviasiya miniqanından daha cəld işləyir. Mümkün olan və olmayan bütün detallar təkmilləşib. Tavan və qapılar xaric, ban panelləri yenilənib.  Karbondan hazırlanan ön qanadlar 19 mm, arxa alüminium qanadlar isə 55 mm genişlənib. Nəticədə öndə 265 mm, arxada isə 305 mm təkərlər yer alıb. Aerodinamik yük və kapot da karbondan hazırlandığı üçün 3 kq yüngülləşib. Diffuzor yoluna hava axını cərəyanlarını optimallaşdırmaq üçün, ban altı profili də dəyişdirilib. Baqajın üzərində iki variantlı hava bucaqlı tənzimlənən antiqanad yer alıb. Səkkiz silindirli Jaguar-ın çəkisi 1745 kq-a qədər azalıb.
Cəmi 300 nüsxədə istehsal olunacaq avtomobilin Böyük Britaniyada qiyməti 149 995 funt təşkil edir. Yeri gəlmişkən, F-Type bazasında hazırlanan Project 7, cəmi 250 nüsxədə buraxımışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Daha güclü Jaguar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.