Maraqlı

McLaren 570S-in artıq damı açılır - FOTO

9 İyul 2017 21:35
0 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

McLaren şirkəti Sport Series sırasına damı açılan superkar 570S əlavə edib. O, Spider adı alıb. Avtomobil iyun ayında Hudvudda keçiriləcək sürət festivalında təqdim olunacaq.

Spider-dən olan 650S və 675LT superkarları kimi, yenilik də açılıb yığılan dam alacaq. Standart versiya ilə müqayisədə damı açılan 570S-in çəkisi 46 kq daha ağır - təxminən 1452 kq olacaq. Avtomobilin damı 40 km/saat sürətlə hərəkət edərkən 15 saniyəyə açılıb yığılır.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeniliyin dizaynı demək olar ki, kupeni təkrarlayır. 570S Spider yalnız fərqli spoylerlə seçilir. Avtomobil 19-düymlük qabaq, 20-düymlük arxa təkər diskləri, o cümlədən karbon-keramik əyləclər alıb.

Şirkətdən bildirirlər ki, damı açılan modifikasiya kupe ilə eyni aerodinamik xarakteristikaya malikdir. Avtomobilin salonunda idman oturacaqları, 7-düymlük sensor displeyi olan təkmilləşdirilmiş informasiya-əyləncə sistemi quraşdırılıb.

Avtomobil 3,8-litrlik tvin-turbo V8 mühərriki alıb ki, o, 570 a.g. və 600 Nm fırlanma anına malikdir. Güman edilir ki, superkar 100 km/saata 3,2 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.