Maraqlı

Kia-dan yeni krossover - FOTO

9 İyul 2017 23:35
0 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kia şirkəti yeni krossover Stonic təqdim edib. Qabaq ötürücülü kompakt model Avropa bazarı üçün nəzərdə tutulub və o, 2017-ci ilin 3-cü rübündə satışa çıxarılacaq.

Stonic texniki cəhətdən demək olar ki, krossover Hyundai Kona-nı təkrarlayır. Lakin bu məlumat rəsmi olaraq təsdiq edilməyib. Model Kona-ya nisbətən bir qədər kiçikdir: onun uzunluğu 4,14 metr, eni 1,76 metr, hündürlüyü isə 1,52 metrdir. Təkər bazası 2,58 metrə bərabərdir. Stonic-in baqajı 352 litrə bərabərdir. Bu da Kona-nın baqajından balacadır (361 litr).

Milli.Az auto.az-a istinadən bildirir ki, krossoverin mühərrik qammasında 1,25- və 1,4-litrlik atmosferli, o cümlədən turbo yükləyicili üçlük (120 a.g.) və 1,6-litrlik dizel mühərriklər daxildir. Bütün mühərriklər mexaniki sürət qutusu ilə birgə çalışacaqlar. Avtomat sürət qutusunun olub-olmayacağı hələ bilinmir. Həmçinin tam ötürücülü modifikasiyaların da olub-olmayacağı barədə məlumat yoxdur.

Yeni krossover 7 illik zəmanətlə təklif ediləcək. Kia Stonic-in qiyməti hələ məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.