Maraqlı

Səyahət sevən milyonçular üçün maşın hazırlandı - FOTO

13 İyul 2017 23:58
1 Şərh     Baxış: 2 652

Səyahətləri sevən zənginlər üçün bu avtomobil "yararlı" nəqliyyat vasitəsi sayıla bilər. Harada olmasından asılı olmayaraq rahat və mobil avtomobil arayanlar EarthRoamer-i nəzərdən keçirirlər.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Kolorado ştatında istehsal edilən EarthRoamer XV-LTS 2017 kemperinin ilkin satış qiyməti 438 min dollardır.

Sifarişlə hazırlanan və interyerində əllə yığılıb hazırlanan çoxsaylı elementlər olan bu kemperdə suyu isidilən vanna belə, var.

Ford F-550 Super Duty-nin şassisi əsasında yığılmış bu kemper 6,7 litr həcmli, 8 silindrli güclü və effektiv turbodizel mühərrik, kompozit korpus, ağır Forj F-550 şassisi, Günəş və akkumulyator batareyaları və s. var.

Avtomobilin ağırlığı 8845 kiloqramdır.

1998-ci ildə avantürist rəssam Bill Svayslın yaratdığı "EarthRoamer" şirkəti indiyədək 182 avtomobil satıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    N · 14 İyul 00:0210

    Bu avto evdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.