Maraqlı

Sərin yay günlərində necə dəbli görünməli? - FOTO

19 İyun 2017 23:24
0 Şərh     Baxış: 1 298

Keçən aydan bəri yay donlarını hansı ayaqqabı, hansı çanta və hansı aksessuarlarla uzlaşdıracağımızın planlarını qururuq. Amma hava modapərəstlərin bütün planlarını pozmağa qərara alıb. İsti havaların gəlişini səbirsizliklə gözləsək də, təbiət öz şıltaqlığı ilə bizi təəccübləndirməyə davam edir.

Hər halda qüssəyə qapılmağa dəyməz, çünki sərin yay günləri kardiqan, cemper, jaket və idman ayaqqabılarını donlarla birləşdirməyi sevən xanımların xeyrinə olacaq. Çoxqatlı ahəng yaratmaqdan qorxmayın, parlaq printlərlə zərif parçaları birlikdə istifadə edin. Unutmayın ki, pis hava olmur, sadəcə düzgün seçilməmiş geyimlər vardır. Odur ki, sərin yay günlərinə əvvəlcədən hazırlıqlı olun.

Milli.Az yay paltarlarını qalın üst geyimləri ilə doğru kombinləməyin bir neçə yolunu təqdim edir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.