Maraqlı

Milyarderin dul xanımı avtobus dayanacağında: Kiminin əvvəli, kiminin axırı - FOTO

19 İyun 2017 11:50
7 Şərh     Baxış: 3 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar dünyanın ən zəngn iş adamlarından biri, ən məşhur silah alverçisi, Səudiyyə Ərəbistanından olan Adnan Haşoqqi miyarderlər reytinqində ən üst yerlərdən birini tuturdu.

Milyarderin xanımı Sürəyyə da superlüks həyat sürürdü.

Əri öləndə S.Haşoqqiyə 3 özəl reaktiv təyyarə, 3 bahalı yaxta, 12 villa, 4 malikanə, 5 apartament və 2 qəsr qalmışdı.

İndi isə zaman dəyişib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1974-cü ildə Adnan Haşoqqini tərk etmiş Sürəyya Haşoqqi dünən avtobus dayanacağında görülüb.

Ərindən ayrılandan sonra oğlunun şirkətlərindən birində çalışan Sürəyya Haşoqqi sonradan floristika biznesinə başlamış, güllərin yetişdirlməsi və satışı ilə məşğul olmuşdu.

S.Haşoqqi gənclik illərində Uinston Çörçilin, sonra da Britaniya parlamentinin deputatı Conatan Aytkenin sevgilisi olmuşdu.

İngiltərənin Lester şəhərində doğulmuş Sandra Deyli səudi milyarder Adnan Haşoqqi ilə tanış olandan sonra İslamı qəbul edərək Sürəyya olmuşdu.

O, A.Haşoqqi ilə 1961-ci ildə ailə həyatı qurub. Bu nikahda 5 övlad doğulub.

50 yaşlı Sürəyya Haşoqqini indi görənlər onun bir zaman hər gün az qala 1 milyon dollar xərcləyən qadın olduğunu düşünməzlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.