Maraqlı

Bütün məlumatları "bulud"da saxlamaq olacaq

20 İyun 2017 08:11
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti yaxın vaxtlarda "Google Drive" "bulud" xidmətinin funksionalını genişləndirəcək və istifadəçilərə faylların ehtiyat köçürülməsi üçün öz kompüterlərində qovluq seçməyə imkan verəcək, halbuki indi yalnız "Google Drive" servisinin xüsusi qovluğundakı məlumatlar üçün ehtiyat köçürmə əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni funksiya 28 iyunda fərdi kompüter və "Mac" üçün istifadəyə veriləcək "Backup and Sync" adlı proqramda əlçatan olacaq. Belə görünür ki, yeni proqram indiki "Google Drive app" proqramını və "Google Photos Backup" servisini əvəz edəcək. Şirkət adi istifadəçilərə yeni proqram çıxan kimi onu yükləməyi və kompüterə quraşdırmağı tövsiyə edib. Korporativ müştərilər hələ ki "Drive File Stream" proqramının çıxarılmasına kimi "Google Drive" proqramından istifadə etməli olacaq.

"Google"un bu addımı, yəqin ki, bir çox istifadəçilərin rəğbətini qazanacaq. Belə ki, bir neçə il ərzində "Dropbox" servisinə belə funksionalın tətbiqi üzrə sorğular verilsə də, ancaq onun istifadəçiləri əvvəlki kimi sinxronlaşdırma üçün faylları xüsusi qovluğa yükləməlidirlər. Bu halda fərdi kompüterdəki istənilən məlumatın ehtiyat köçürülməsi imkanı pulsuz istifadə üçün əlçatan 15 QB disk sahəsinin tez yüklənməsi ilə nəticələnəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.