Nikah masasına oturmağa hazırlaşan müğənni Alişan və Eda Erolun toy tarixi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, restoranlardan birindən çıxarkən görünən cütlük jurnalistlərin suallarını cavablandırıb. Müğənni Ramazan bayramından sonra sevgilisini istəməyə gedəcəyini, noyabrda isə evlənəcəklərini deyib.
Alişan toyunda kimin oxuyacağı barədə qərarını da verib:
"Uşaqlıqdan bəri arzum İbraim Tatlısesin toyumda səhnəyə çıxması idi. Təəssüflər olsun ki, məlum səbəblərdən alınmır. Mən də Sibel Candan xahiş etdim. Sağ olsun, rədd etmədi, toyumuzda səhnəyə çıxacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində