Maraqlı

Ərəblərdən Nurgül Yeşilçaya 3 minlik jest - FOTO

15 İyun 2017 13:30
1 Şərh     Baxış: 2 380

Nurgül Yeşilçayın hazırladığı çantaların biri 3 min TL-yə (təxminən 1500 manat) satılıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, yaxın şərqdə böyük pərəstişkarları olan aktrisa çanta biznesində böyük uğur əldə edib. Belə ki, serial ulduzunun bir pərəstişkarı Bodrumdakı mağazanı axtarıb tapıb və 100 ədəd çanta sifariş verib. Çantaların pulunu isə öncədən nəğd şəkildə 300 min TL (150 min manat) ödəyib.

Qeyd edək ki, Nurgül Yeşilçay boş vaxtını naxışlı çanta hazırlamağa sərf edir. Uzun illərdir ki, müxtəlif cür naxışları daha dərindən öyrənməyə maraq göstərir.

O, müsahibəsində naxış barədə bu açıqlamanı verib:
"Özümü dərk etdiyimdən bəri şəkil çəkirəm, əl qabiliyyətim yaxşıdır. Zamana hökm etmək əvəzinə onu ən doğru, ən səmərəli şəkildə istifadə edirəm".

Aktrisa çanta kolleksiyalarının hazırlanmasını hazırda Bodrumda ev xanımlarına əmanət edib. Bununla onların da qazanc əldə etməsinə yardım edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    nara · 15 İyun 14:4901

    Afərin Nurgül xanım. Bu aktrisanı cox sevirəm. Həm istedadlı həm mərhəmətli insandı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.